Azerfon-Vodafone və “DNS”-dən yeni təklif

24-12-2010 / 23:31

Bu gün Azerfon-Vodafone mobil operatoru və DNS Computers mağazalar şəbəkəsi 3G Acer netbukları üçün xüsusi kampaniya təqdim ediblər.

İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, kampaniya çərçivəsində DNS Computers mağazalar şəbəkəsindən 3G Acer netbukunu alan hər bir abunəçi Azerfon-Vodafone-dan hədiyyə olaraq 3G SİMkart və 12 ay ərzində hər ay 500 MB internet trafiki əldə edəcək. Kampaniya çərçivəsində təqdim olunan Acer netbuku, Azerfon-Vodafone 3G SİM kartı və 12 aylıq 500MB internet trafik paketinin aylıq qiyməti cəmi 47 AZN təşkil edir. 3G Acer netbuku müasir tələblərə cavab verməklə yanaşı istifadəçilərinə mobillik üçün geniş imkanlar yaradır. 3G texnologiyasını dəstəkləyən bu netbuk vasitəsilə internetə 7.2 Mb/saniyəyə qədər çıxış əldə etmək üçün Azerfon-Vodafone-nun 3G SİM kartını daxil etmək kifayətdir.

Beləliklə, digər netbuklardan fərqli olaraq internetə qoşulmaq üçün USB-modem və analoji qurğulardan istifadə zərurəti yoxdur. Azerfon-Vodafone Azərbaycanda dünya standartlarına uyğun və 3G texnologiyası əsasında simsiz genişzolaqlı internet təklif edən ilk mobil operatordur. 3G texnologiyası əsasında Azerfon-Vodafone abunəçilərinə 7,2 Mb/saniyəyə qədər sürətli mobil internet təklif olunur. //qafqazinfo


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.