Xəbər verdiyimiz kimi, “Azərikard”a bağlı olan bank kartları bloklanıb. Kartlarla hər hansı maliyyə əməliyyatların aparılması bir neçə saat mümkün olmayıb. .
Xeberler.az xəbər verir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ötən gün 6-7 saat ərzində ölkənin ən böyük prosessinq mərkəzinin işləməməsinin xeyli düşündürücü olduğunu deyib.
Ekspert hesab edir ki, ilk növbədə Azərbaycan Beynəlxalq Bankı (ABB) öz törəmə şirkətində baş verənləri ciddi araşdırmalıdır.
“Görəsən, bu nəhəng strateji əhəmiyyət kəsb edən ödəniş sisteminə kiber hücum olub, yoxsa texniki xəta baş verib, yaxud da insan amili rol oynayıb? Nə üçün sistemi uzun müddət bərpa etmək mümkün olmayıb? Bərpa prosesində data itkisi olubmu, müştərilərin fərdi məlumatları ələ keçirilibmi? Quruma İT xidmət göstərən şirkətlər müqavilə öhdəliklərini yerinə yetiriblərmi?”, – deyə o bir neçə suallar ünvanlayıb.
Osman Gündüz bildirib ki, ABB ölkənin ən böyük və peşəkar İT komandasına sahib olan qurumlarından biridir: “Odur ki, ABB -nin əlaqəli qurumlarla, XRİTDX ilə birgə özünün törəmə şirkəti olan Azəricard-da ciddi kiber təhlükəsizlik tədbirləri görməsi, İT audit təşkil etməsi, cavabdehləri məsuliyyətə cəlb etməsi də faydalı olardı”.
“Digər tərəfdən isə, maraqlıdır ki, Azəricard-ın məlumat bazaları görəsən nə üçün AzİnTelecom Data Mərkəzinə miqrasiya edilməyib? Ümid edirəm ABB baş verənlərlə bağlı ağlabatan bir açıqlama verəcək”, – deyə o yekunlaşdırıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri