Previous Next
Bağla

Azərikard prosessinq mərkəzində problemlər yaranıb

07-01-2024 11:48
Azərikard prosessinq mərkəzində problemlər yaranıb

Xeberler.az  xəbər verir ki,  bu barədə “Azərikard” istifadəçiləri sosial şəbəkələrdə kütləvi şəkildə məlumat paylaşır. Bildirilir ki, kartlarla hər hansı maliyyə əməliyyatları mümkün deyil. 

Qeyd edək ki, “Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir.

İT üzrə mütəxəssis Osman Gündüz bildirib ki, artıq bir neçə saatdır  Azəricard prosessinq mərkəzinə bağlı olan bankların kartları ilə aparılan əməliyyatlarda ciddi problem yaranıb.

Bu bankların kartları vasitəsilə, həmçinin bu banklara bağlı olan digər vasitələrlə ödənişləri reallaşdırmaq indiyədək mümkün olmayıb.

“Xatırladıram ki, Azəricard ölkənin ən böyük prosessinq mərkəzidir, 16 banka xidmət edir.

Bildiyim qədər Azəricard datanı saxlamaq üçün əsasən HPE avadanlıqlarından istifadə edirdi.

Maraqlıdır ki, HPE-nin ölkəmizdə nümayəndəliyi bağlanandan sonra support məsələsində bir neçə dəfə problemlər olub.

Bu qədər zaman kəsiyində backup-dan istifadə edilməməsi də düşündürücüdür.

Düşünmək olar ki Azəricard-ın uzun müddət sistemi bərpa edə bilməməsi backup-ın problemli olması, yaxud da keyfiyyətli texniki dəstəyin əlçatan olmaması ilə bağlı olub.

Yeri gəlmişkən, DTX və XRİTDX-nin zaman-zaman səsləndirdikləri "kritik informasiya infrastrukturu", "kritik qurumlar" məsələsi məhz bu baş verənlərdi.

Yəni, Azəricard-da baş verənlər minlərlə istifadəçilər, şirkətlər və dövlət qurumları üçün ciddi problemlər yaradıb.

Maraqlıdır, görəsən Azəricard kritik informasiya infrastrukturu siyahısına daxil edilibmi?

Hansı ki, bu siyahı DTX və XRİTDX -in təklifləri əsasında hökumət tərəfindən xeyli müddət öncə təsdiqlənməliydi.

Hələlik isə təəssüf ki, belə bir təsdiqlənmiş siyahı yoxdur.

Azəricard baş verənlərlə bağlı üzrxahlığını bildirib və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.

Ümid edirəm data itkisinə yol vermədən sistemi bərpa edə biləcəklər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzəriKard 2018-ci ilin ilk yarımilliyini uğurla başa vurub

05-09-2018

“Azəricard”da nə baş verib?

07-01-2024

AzəriKard növbəti unikal məhsulunu təqdim edib

31-05-2019

AzəriKard 2018-ci ili uğurla başa vurub

25-02-2019

AzəriKard beynəlxalq mükafata layiq görülüb

25-12-2018

Azərikard-ın 7 saat donması ağlasığmazdır

11-01-2024

"Azəricard": "Rəqəmsallaşmada 2028-ci ildə yaşayırıq"

08-12-2021

Azərikard”ın baş direktoru şirkətin ləğvi ilə bağlı açıqlama yayıb

09-10-2025

“AzəriKard” elektron kommersiyasının tədbiqini davam etdirir

21-11-2009

Mərkəzi Bank “Azərikard”da başverənlərə münasibət bildirib

24-01-2024

AGBank Azəricard ilə birgə yeni xidmət təqdim edib

18-07-2016

"AzInTelecom”da baş verənlərin səbəbkarı hansı şirkətdir?

19-06-2023

“Visa” Azərbaycanı rəqəmsal emissiyaya hazırlayacaq

18-11-2020

“AzeriCard” daha bir banka prosessinq xidmətləri göstərəcək

22-05-2015

“Azərpoçt” MMC özünün plastik kartlarını buraxıb.

26-01-2011

Azərbaycanda ödəniş bazarının 8 iştirakçısı lisenziya almaq üçün gözləyir

14-02-2025

Mobil ödəniş xidmətləri təklif edən bankların sayı artırılacaq

19-09-2019

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024

«Azericard» Prosessinq Mərkəzi daha bir şirkət üçün onlayn ödəmə sistemini tətbiq edib

26-08-2009

Unibank kartına sahib olanlara yeni yaradılan Mərkəzdən güzəştlər

28-09-2015

Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

17-11-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə