"AzInTelecom”da baş verənlərin səbəbkarı hansı şirkətdir?

19-06-2023 / 16:21
Ötən həftə AzİnTelecom-un AzCloud sistemində, daha doğrusu buradakı avadanlıqlarda qəflətən nasazlıq baş verib.
 
Bundan dolayı bir çox dövlət qurumlarının xidmətlərində və ödəniş sistemlərində problemlər yaranıb. Qurum açıqlayıb ki, problemlər qısa zamanda, 1 saat müddətində aradan qaldırılıb. Ölkənin ən böyük və strateji əhəmiyyət kəsb edən, kritik hesab oluna biləcək qurumunda baş verənlər təhlükəsizlik baxımından ciddi məsələdir.
 
Bu gün AzİnTelecom bir daha açıqlama verərək baş verənlərin nadir bir texniki hal olduğunu, səbəbi ilə bağlı adını çəkmədiyi beynəlxalq təchizatçı şirkətlə birgə araşdırmaların getdiyini bildirib. Qurumun ictimai əhəmiyyət kəsb edən bu məsələ ilə bağlı cəmiyyəti vaxtaşırı məlumatlandırması təqdirəlayiqdir.
 
Amma görəsən adı gizli saxlanan bu beynəlxalq şirkət hansıdır?
 
Araşdırmalarım və bir neçə illər öncədən də, Tier III standartlı Data Mərkəzin bünövrəsi qoyulan zaman əldə etdiyim məlumatlar onu deməyə əsas verir ki, AzİnTelecom-da əvvəllər daha çox HPE avadanlıqlarından istifadə edilib. Bu haqda, onların lisenziyaları ilə bağlı problem haqda mən əvvəllər də yazmışdım. AzİnTelecom-da ötən gün baş verən hadisədən də şübhələnmək üçün əsaslar var ki, həmin adı çəkilən nasazlıqlar məhz HPE avadanlıqlarında olub. Maraqlıdır ki, AzİnTelecom belə bir ciddi problemin səbəbini nə üçün öz üzərinə götürür, nə üçün problemin əsas səbəbinin HPE olduğunu açıqlamır? Görəsən haradadır HPE -nin Azərbaycan üzrə komandası?
 
Ümumiyyətlə belə bir nümayəndəlik, HP-nin belə bir texniki support komandası varmı? Xatırlayıram ki , bu qurumun bağlanma prosesində olması haqqında məlumatlar da yayılmışdı, biz də bu haqda yazmışdıq. Nə üçün baş verənlərlə bağlı onlar açıqlama verib məsuliyyəti öz üzərinə götürmürlər?
 
Düşünürəm ki, dövlət qurumları bu məsələlərə diqqətlə yanaşmalıdırlar, hər şeyi öz adıyla çağırmaq, günahkarları və səbəbləri dəqiq göstərmək lazımdır.
 
Təkrarlanmaması üçün addımlar atılmalı, alternativlər və ehtiyat variantlar olmalıdır.
Eyni zamanda kiminlə də əməkdaşlıq edildiyinə, əməkdaşlıqda isə hansı vendorun güvənli texniki dəstəyinin olması və dərhal köməklik göstərə bilmək imkanları nəzərə alınmalıdır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə