“Azərkosmos”un nümayəndə heyəti mayın 23-25-də Norveçin paytaxtı Oslo şəhərində keçirilən “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da (Global Space Conference on Climate Change) iştirak edir.
“Azərkosmos”dan Xeberler.az-a bildirilib ki, dünyanın aktual mövzusu olan iqlim dəyişikliyi üzrə beynəlxalq təşəbbüsləri təşviq etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə keçirilən bu konfrans Beynəlxalq Astronavtika Federasiyası və Norveç Kosmik Agentliyi ilə birgə təşkil olunub.
İri kosmik agentliklər – Avropa Kosmik Agentliyi, Avropa İttifaqı Kosmik Proqramı Agentliyi (EUSPA), İtaliya, Fransa, Norveç, Böyük Britaniya, Avstriya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiyanın kosmik sahə üzrə nümayəndələri, siyasətçiləri, elm adamları iqlim dəyişikliyi üzrə yol xəritələrini müzakirə etmək və qlobal iqlim dəyişikliyinin azaldılması tədbirlərinə töhfə vermək üçün bir araya gəliblər.
Konfransda iqlim dəyişikliyinin ətraf mühitə təsiri, iqlim dəyişikliyi ilə idarə olunan kosmik tətbiqlər və xidmətlər, dəyişən iqlimin siyasətə və qanuna təsiri, iqlim dəyişikliyinin yaratdığı kommersiya imkanları, iqlim dəyişikliyi ilə bağlı kosmik missiyalar üzrə indiki və gələcək əməkdaşlıq, ətraf mühitin dəyişməsinin sosial, kommunikasiya, iqtisadi ölçüləri müzakirə olunur.
“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov konfransda bildirib ki, ölkəmizdə də iqlim dəyişikliyinin səbəblərini anlamaq və yaxın gələcəkdə mümkün mənfi təsirləri aradan qaldırmaq üçün davamlı kosmik monitorinqlər aparılır. Bunun üçün “Azərkosmos” tərəfindən “Azərbaycanın İqlim Hesabatı” sənədi də hazırlanıb. O, çıxışında “Azərbaycanda il ərzində baş verən dəyişiklikləri, xüsusilə yanğınlar, quraqlıq, buzlaq örtüyü sahələrinin, su ehtiyatlarının ekoloji vəziyyətini aşkar etmək üçün peyk təsvirləri ilə müqayisəli təhlillər aparmışıq”, – deyə qeyd edib.
Panel müzakirələri ilə davam edən konfransda “Azərkosmos”un nümayəndələri ilə yanaşı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov da iştirak edir.
Mayın 25-nə kimi davam edəcək tədbirin qonaqlarına bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair geniş məlumat verilir, həmin qonaqların bu konqresə qatılması üçün təbliğat-təşviqat işləri aparılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri