Previous Next
Bağla

Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb

13-09-2024 19:10
Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb

Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb. 13-16 sentyabr tarixlərində Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında sözügedən əməkdaşlığa dair müqavilə imzalanıb.

Xeberler.az bildirir ki, bu əməkdaşlıq sayəsində Azərkosmos “ABS” şikətinə məxsus peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” (ödənişli televiziya yayımı) xidmətini təqdim edəcək. Qeyd edək ki, “Pay TV” xidməti yalnız peyk və ya kabel televiziyası şirkətinə abunə olaraq aktiv edilən xidmətdir.

Eyni zamanda qlobal peyk operatoru ilə tərəfdaşlıq Azərkosmos üçün yeni biznes xətlərini genişləndirmək imkanı yaradır. Belə ki, Azərkosmos təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması ilə də gəlir əldə edir və Afrika bazarında video xidmətlərinin həcmini artırır.

“Bir neçə istiqamətdə yeni kommersiya imkanları yaradan bu əməkdaşlığımız Azərkosmosun xidmətlərini Afrika regionunda daha da artıracaq. “ABS” ilə birgə görüləcək işlərin təməlində keyfiyyət, müştəri məmnuniyyəti və xidmət davamlılığımız dayanır”, – deyə Azərkosmosun İdarə heyətinin sədr müavini Fuad Aslanov bildirib.

“ABS” şirkətinin baş kommersiya direktoru Ramsi Hanfur (Ramsey Khanfour) əlavə edib: “Bu tərəfdaşlıq Qərbi Afrika bazarında həm əhatə dairəmizi, həm də xidmət təkliflərimizi genişləndirmək fürsəti verir. Biz regionda etibarlı və yüksək keyfiyyətli ödənişli televiziya yayımı xidmətləri sayəsində təcrübəmizi birləşdirəcəyik”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azərkosmos" Afrikanın 17 ölkəsinə xidmət göstərəcək

23-05-2023

“Azərkosmos” Kenya ilə əməkdaşlığa başladı

24-01-2023

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15-09-2025

“Azərkosmos” “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

23-09-2020

İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

18-03-2023

Azərkosmos Afrikada fəaliyyət dairəsini genişləndirir

18-07-2025

Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək

09-08-2024

“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb

25-04-2025

Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

06-12-2019

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

12-01-2021

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azərkosmos və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başladı

23-05-2024

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

Azərkosmos Intersat şirkəti ilə müqavilə imzalayıb

18-09-2019

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Peykimiz Afrika və Yaxın Şərqi rabitə ilə təmin edəcək

06-05-2015

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Azərkosmos Tanzaniyada yayım xidmətləri göstərəcək

24-12-2019

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014

"Azərkosmos" Çinlə hostinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb

03-08-2023

“Azərkosmos” Amsterdamda beynəlxalq sərgi-konfransında iştirak edəcək

16-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə