Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

12-08-2024 / 20:00

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı 2024” Bakıda keçiriləcək.

Festival çərçivəsində Azərkosmosun dəstəyi ilə “CubeSAT” kateqoriyalı müsabiqə keçiriləcək. Azərkosmosun peyk mütəxəssisləri tərəfindən iştirakçılar üçün kiçikölçülü peyklərin hazırlanması, iştirakçılara mentorluq və jüri olaraq qiymətləndirilmə prosesində dəstək göstəriləcək.

Müsabiqədə iştirak üçün 31 avqust tarixinə qədər qeydiyyatdan keçmək mütləqdir.

Festivalın keçirilməsində məqsəd STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması) əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır.

Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, məktəbdənkənar, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə