Previous Next
Bağla

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilir

24-10-2024 15:47
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilir

Oktyabrın 24-də Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.

Bakı Ekspo Mərkəzində təşkil edilən festivalın açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Xeberler.az məlumat verir ki, mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. “STEAM Azərbaycan”ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb.

BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, COP29 ərəfəsində keçirilən builki STEAM festivalı çərçivəsində əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Nigar Arpadarai STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.

Daha sonra “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov tədbir iştirakçılarına builki festival haqqında məlumat verib. O bildirib ki, festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 ölkədən 17 münsifin iştirak etdiyini bildirib. İqrar Nəzərovun sözlərinə görə, festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və digər bu kimi mövzuları əhatə edəcək.

İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 min 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilədək 300 minə çatdırılması nəzərdə tutulur.

Çıxışlardan sonra festival iştirakçılarının hazırlıq mərhələsini əks etdirən video təqdim edilib.

Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı olub.

Açılış mərasimi bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, iki gün davam edəcək festivalda iştirakçılar, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunacaq iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlərdə iştirak edəcəklər.

Builki festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı şagirdlərin aşkara çıxarılması, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir.

pg

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb

26-10-2024

STEAM Azərbaycan layihəsinin rəhbəri: SAF-2024 “Əylən, öyrən” devizi altında keçiriləcək

26-09-2024

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib

04-12-2023

Naxçıvan məktəbliləri “Beynəlxalq Yaşıl STEAM Azərbaycan” Festivalının qalibi olublar

25-10-2024

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib

26-09-2024

SAF 2025-ə sayılı günlər qalıb

11-11-2025

SAF 2025-in qalibləri mükafatlandırılıblar

20-11-2025

Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

12-08-2024

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

26-09-2024

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

23-08-2023

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb

04-12-2023

STEAM Azərbaycan Festivalı bu gün başlayıb

05-12-2022

Paytaxt məktəbliləri SAF 2025-də iştirak edir

19-11-2025

Bakıda SAF 2025-ə start verilib

17-11-2025

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

SAF 2023-də paytaxt məktəblilərinin uğurları

13-12-2023

“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi yekunlaşıb

17-12-2024

Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

06-12-2023

Nazir: Qarabağ Universitetində STEAM ayrıca ixtisas kimi tədris olunacaq

17-11-2025

STEAM layihəsi paytaxt məktəblərində

27-01-2020

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə