Previous Next
Bağla

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb

26-10-2024 09:11
Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb

Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov çıxış edərək yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb.

Ardınca Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib.

Daha sonra qalib komandalara mükafatlar təqdim olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, sözügedən festival Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilib. Festivalın final mərhələsində ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı yarışıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ daxil olmaqla 15 ölkəni təmsil edib. Festival çərçivəsində “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzularda 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunub.

Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etmək olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilir

24-10-2024

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

STEAM Azərbaycan layihəsinin rəhbəri: SAF-2024 “Əylən, öyrən” devizi altında keçiriləcək

26-09-2024

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024

SAF 2025-in qalibləri mükafatlandırılıblar

20-11-2025

Naxçıvan məktəbliləri “Beynəlxalq Yaşıl STEAM Azərbaycan” Festivalının qalibi olublar

25-10-2024

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

12-08-2024

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib

26-09-2024

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib

04-12-2023

SAF 2023-də paytaxt məktəblilərinin uğurları

13-12-2023

STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

26-09-2024

STEAM Azərbaycan Festivalı bu gün başlayıb

05-12-2022

SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb

04-12-2023

SAF 2025-ə sayılı günlər qalıb

11-11-2025

Paytaxt məktəbliləri SAF 2025-də iştirak edir

19-11-2025

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat davam edir

23-08-2023

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

Bakıda SAF 2025-ə start verilib

17-11-2025

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22-09-2025

“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi yekunlaşıb

17-12-2024

Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

06-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə