Azərbaycanda ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi məsələləri aktuallığını qoruyur. İqlim dəyişikliyi artıq realdır və hər sahəyə, xüsusən də kənd təsərrüfatına təsir edir.
Xeberler.az məlumat verir ki, bunu “Azərkosmos”un Coğrafi İnformasiya Mərkəzinin direktoru İsmət Baxışov deyib.
“Azərkosmos”un nümayəndəsi bildirib ki, iqlim dəyişikliyini anlamaq üçün müşahidə məlumatları ən dəyərli və vacib mənbədir.
“Suvarılan kənd təsərrüfatı və su resurslarını idarə etmək üçün böyük məlumat bazası tələb olunur. Məsələn, Kür çayının hövzəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan və İranın şimal hissəsini əhatə edir və bu ərazilərdəki dəyişiklikləri müşahidə etmək vacibdir. Müşahidələr sayəsində buzlaq sahələrində, bitki örtüyündəki həssas dəyişiklikləri izləmək və əvvəlki illərlə müqayisə aparmaq mümkündür. Bu məlumatlar gələcək illər üçün proqnoz modellərinin hazırlanmasında da istifadə olunur və kənd təsərrüfatı üçün lazım olan suyun mövcudluğunu əvvəlcədən müəyyən etməyə imkan verir”, – deyə İsmət Baxışov qeyd edib.
“Azərkosmos” rəsmisi, həmçinin Xəzər dənizinin iqlim dəyişiklikləri ilə bağlı əhəmiyyətini vurğulayıb. O bildirib ki, Volqa çayının hövzəsi böyük ərazini əhatə edir: “Son 20 ildə su balansına əlavə təzyiq yaradan 35 faiz artım müşahidə olunub. Eyni zamanda, dəniz səthinin temperaturunun yüksəlməsi, evapotranspirasiya və Xəzər dənizinin biodiversitəsinə aid göstəricilərin dəyişməsi bu proseslərə təsir göstərir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları