Previous Next
Bağla

Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

24-10-2024 13:41
Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

Təəssüflə qeyd etməliyəm ki, iqlim dəyişikliyi sərhəd tanımayan bir problem olduğu üçün hər hansı bir ölkə bu problemlə üzləşə bilər. Lakin hüquqşünaslar olaraq bu problemə qarşı birgə səylər göstərməliyik. Ümumiyyətlə, peşəsindən asılı olmayaraq iqlim dəyişikliyi hər bir vətəndaşın gələcək həyatına təsir göstərə bilər.

Xeberler.az məlumat verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədr müavini və Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov jurnalistlərə açıqlamasında söyləyib. Ş.Məmmədov bu gün Bakı Konqres Mərkəzində keçirilən “İqlim dəyişiklikləri və enerji hüququ” konfransının əhəmiyyətinə toxunaraq bildirib: “Bu tədbir yalnız hüquqşünasların deyil, ümumilikdə cəmiyyətin maraqlarına toxunan çox aktual bir mövzuya həsr olunub. İqlim dəyişiklikləri və onun enerji sektoruna təsiri yalnız iqtisadi və hüquqi məsələlərlə məhdudlaşmır, eyni zamanda, sosial ədalət, ətraf mühitin mühafizəsi və gələcək nəsillərin hüquqlarının qorunması kimi vacib mövzuları da əhatə edir. Bu sahədə hüquqşünasların rolu qanunvericilik bazasının təkmilləşdirilməsi və iqlim böhranına qarşı mübarizədə hüquqi mexanizmlərin yaradılmasında olduqca vacibdir. Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi bu istiqamətdə aparılan işlərə töhfə verəcək”.

“COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkənin iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf sahəsində göstərdiyi səylərin beynəlxalq səviyyədə tanınmasının bir göstəricisidir. Bu cür tədbirlər yalnız Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyətli nəticələr doğuracaq və ekoloji dayanıqlığın gücləndirilməsinə töhfə verəcək. COP29 Azərbaycanda yeni innovativ texnologiyaların, yaşıl enerji həllərinin təqdimatı və iqlim böhranına qarşı birgə həllərin müzakirəsi üçün vacib bir platforma yaradacaq”, - deyə Şahmar Məmmədov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənclər innovativ fikirləri və texnoloji həlləri ilə iqlim dəyişikliklərinə qarşı mübarizədə dönüş yarada bilərlər

24-10-2024

Nigar Arpadarai: “Rəqəmsal texnologiyaların enerji keçidinə transformasiyası vacibdir”

16-11-2024

“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu" adlı panel müzakirə keçirilib

11-11-2024

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub

13-11-2024

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024

İqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib

05-04-2024

“Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

11-11-2024

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

Nigar Arpadarai: Karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var

04-10-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

Nigar Arpadarai: Qadınların hər sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

07-12-2024

Nazir: STEAM tələbələrə yaşıl enerji ilə bağlı yeni layihələr üzərində işləməyə imkan verir

18-11-2024

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə müzakirə olunub

17-11-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

“Azərkosmos”: İqlim dəyişikliyini anlamaq üçün müşahidə məlumatları ən dəyərli mənbədir

01-10-2025

Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

25-11-2025

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

03-10-2024

“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal imkanlardan istifadə edir”

16-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə