Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” artıq Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv qəbul olunub.
MMC-dən Xeberler.az-a bildirilib ki, iyunun 8-də Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclas zamanı ABA-ya üzv olmaq hazırda qeyri-bank status daşıyan “Azərpoçt” MMC-nin müraciətinə baxılıb. Müraciət iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilib və poçt operatoru ABA-nın üzvlərinin siyahısına daxil edilib.
Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər və digər maliyyə xidmətləri, eləcə də elektron hökumət və biznes xidmətlərini təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri