Previous Next
Bağla

Azərpoçt-da dövlət büdcəsindən gizlədilən vəsait aşkarlanıb

08-04-2016 13:39
Azərpoçt-da dövlət büdcəsindən gizlədilən vəsait aşkarlanıb

Azərpoçt MMC tərəfindən dövlət büdcəsinə gəlirlərin hesablanması və ödənilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun Hesablama Palatası və Vergilər Nazirliyi ilə birgə auditi aparılıb.

 Audit nəticəsində cəmiyyət tərəfindən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və icra müqavilələri bağlanmadan balansında olan və Bakı şəhərində yerləşən 4 061,4 kv. metr qeyri-yaşayış sahəsi ofis kimi kommersiya hüquqi şəxslərə icarəyə verilib, bu əməliyyat üzrə qanunvericiliyə uyğun olaraq icarə haqqının 50%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.

Xeberler.az Report-a istinadən məlumat verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Sənəddə deyilir ki, mənfəət vergisinin bəyannamələrində müəssisənin zərəri düzgün göstərilməyib, universal poçt rabitəsi xidmətlərinin təqdim edilməsindən yaranan zərərin kompensasiyası üçün dövlət büdcəsindən alınmış subsidiyanın ƏDV-yə cəlb edilməməsi, eləcə də MMC-nin nizamnamə kapitalına aid edilən və eyni zamanda qanunvericiliklə ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmayan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən, vergi hesab faktuaları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği 1 169, 9 min manat azaldılıb, 29,7 min manat məbləğində ƏDV vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturaları üzrə alınmış malların (işlər, xidmətlər) dəyəri ödənilən gündən gec ödənilib, vergitutma bazasının düzgün müəyyən edilməməsi səbəbindən əmlak vergisi 3,8 min manat artıq hesablanıb.

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub və aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?

07-02-2023

RYTN-in tabeliyindəki qurumlarda yoxlamalar başa çatıb

21-01-2016

İşğaldan azad edilmiş ərazilərdə ƏDV-nin geri qaytarılması necə tənzimlənir?

16-06-2023

Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

01-03-2023

Azərbaycanda istehlakçılara ƏDV-nin 448 milyon manatı geri qaytarılıb

08-08-2023

Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 373 min manat ödəniş edilib

07-09-2023

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə

16-04-2021

Azərbaycanda 17 milyon manat ƏDV məbləği geri qaytarılıb

22-09-2023

Uber-in xidməti ƏDV-yə cəlb olunacaq?- Açıqlama

04-12-2017

Nağdsız qaydada daşınmaz əmlak alanlara 5 milyon manat ƏDV geri qaytarılıb

05-04-2023

Nağdsız qaydada daşınmaz əmlak alanlara 14 milyon manatdan çox ƏDV geri qaytarılıb

12-09-2024

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Xarici saytlardan mal alanlar vergi ödəyəcək

13-09-2018

Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

14-12-2016

Azərbaycanda elektron ticarətdə əlavə dəyər vergisi

02-12-2008

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin vergi öhdəliyi nədir?

24-05-2023

Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur

19-09-2022

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022

Ticarət festivallarında ƏDV hansı qaydada qaytarılacaq?-Müsahibə

29-03-2017

Azərbaycanda istehlakçılara ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb

24-07-2023

Xaricdən onlayn alınan hansı məhsullar vergiyə cəlb ediləcək?-Rəsmi

27-12-2016

E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi

24-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə