AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 26 noyabr 2025-ci il tarixində keçirilmiş müvafiq sertifikasiyadan uğurla keçərək keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyib. Audit nəticəsinə əsasən, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən “Azərpoçt” MMC-yə “Keyfiyyətin İdarəetmə Sistemləri – Tələblər” (ISO 9001:2015) standartına uyğunluğu təsdiq edən Uyğunluq Sertifikatı təqdim edilib. Sertifikatın tətbiq sahəsi poçt xidmətlərinin göstərilməsini əhatə edir.
“ISO” standartlarının tətbiqi müştərilərin “Azərpoçt”a olan etibarını artırmaqla yanaşı, əməkdaşların motivasiyasının yüksəlməsinə, daxili proseslərin daha şəffaf və sistemli şəkildə qurulmasına şərait yaradır. Bu isə göstərilən xidmətlərin keyfiyyətinin davamlı inkişafına birbaşa töhfə verir. Çünki “ISO 9001:2015” standartı müştəri məmnuniyyətini yalnız bir hədəf kimi deyil, şirkətin gündəlik fəaliyyətinin mərkəzi prinsipi kimi müəyyənləşdirir.
Bu sertifikat “Azərpoçt”un mükəmməlliyə doğru atdığı ardıcıl və inamlı addımının, həmçinin beynəlxalq keyfiyyət idarəetmə tələblərinə tam uyğunluğunun və müştəri məmnuniyyətinə verilən yüksək önəmin növbəti təsdiqidir.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları