Previous Next
Bağla

2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq

13-12-2025 17:08
2025-ci ilin Milli İnternet Mükafatının qalibləri elan olunacaq
Milli İnternet Mükafatı – MilliNet2025 Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda yekun səsvermənin nəticələri və MilliNet Təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə edilib.
 
Xeberler.az bildirir ki, toplantıda Milli Net 2025 müsabiqəsində səsvermənin 2-ci mərhələsinin uğurla başa çatdığı bildirilib.
 
Yekun səsvermə prosesi Nominanat statusu qazanan 63 rəqəmsal resurs arasında 10 gün davam edib. Müsabiqəyə 13 Nominasiya üzrə 179 rəqəmsal resurs təqdim edilmişdi.
 
2-ci mərhələ qiymətləndrimə prosesində 15 münsifdən 13-ü iştirak edib. İki münsif qiymətləndirməni tam olaraq başa çatdırmadığı üçün onların səsvermə nəticələri ləğv edilib.
 
Təqdimat mərasimindən sonra nominantlar münsiflərin verdiyi ballar və onların əsaslandırması ilə öz hesablarına daxil olmaqla tanış ola biləcəklər.
 
“Milli Net 2025” qaliblərinin adları Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasimində açıqlanacaq.
 
Yekun təqdimat mərasimi 15 dekabr tarixdə Park İnn Hoteldə keçiriləcək.
 
MilliNet TK tərəfindən aparılan mükafatlandırma mərasiminə hazırlıq işləri artıq başa çatıb. Azərbaycan İnternetinin əsas tədbiri olan MilliNet yekun təqdimat mərasimində rəqəmsal sektorun tanınmış nümayəndələri iştirak edəcəklər.
 
Müsabiqədə hər bir Nominasiya üzrə qalib gələnlərə Milli Net-in xüsusi mükafatı – hörümçək əks olunan BUTA və qiymətli hədiyyələr təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə də diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
 
Tədbirdə 2025-ci il üçün ölkədə rəqəmsal transformasiyaya daha çox töhfə verən “İlin rəqəmsal siması” elan olunacaq və onun qalibinə də mükafatlar təqdim ediləcək.
 
Qeyd edək ki, Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
 
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
 
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
 
Gold sponsorlar AzİnTelecom, Lenovo, və Caspel şirkətləridir.
 
Sponsorlar B&B SECURITY, KATV1, Alas Academy, ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
 
YODA, Mediatrends, NUKHALI və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
 
MilliNet-in media tərəfdaşları Technote Media, Xəbərlər.az və Techzone media resurslarıdır.
 
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MilliNet 2023-də yekun səsvermə başa çatıb

MilliNet 2023-də yekun səsvermə başa çatıb

11-12-2023
MilliNet2025 müsabiqəsinin nominantları seçilib

MilliNet2025 müsabiqəsinin nominantları seçilib

26-11-2025
"MilliNet2025"-ə start verildi

"MilliNet2025"-ə start verildi

24-09-2025
“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

17-11-2025
Milli İnternet Mükafatının qalibləri elan olunacaq

Milli İnternet Mükafatının qalibləri elan olunacaq

18-12-2017
Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2023
MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

07-11-2025
MilliNet2018-də yekun səsvermə başa çatıb

MilliNet2018-də yekun səsvermə başa çatıb

17-12-2018
MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

21-11-2023
MilliNet 2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

MilliNet 2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

17-11-2023
MilliNet münsiflərinin yeni tərkibi təsdiqlənib

MilliNet münsiflərinin yeni tərkibi təsdiqlənib

01-11-2023
MilliNet müsabiqəsində resursların qiymətləndirilməsi mexanizmləri müzakirə edilib

MilliNet müsabiqəsində resursların qiymətləndirilməsi mexanizmləri müzakirə edilib

18-11-2023
MilliNet-in yekun təqdimat mərasiminə hazırlıqlar davam edir

MilliNet-in yekun təqdimat mərasiminə hazırlıqlar davam edir

16-12-2016
Sabah MilliNet 2016-nın qalibləri müəyyənləşəcək

Sabah MilliNet 2016-nın qalibləri müəyyənləşəcək

21-12-2016
 Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

03-12-2017
MilliNet 2018-in Nominantları seçilib

MilliNet 2018-in Nominantları seçilib

05-12-2018
Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçiriləcək

Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçiriləcək

21-12-2018
Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək

Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2012
Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

22-12-2016
“Milli Net 2013” Nominantları seçilib

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013
Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

08-12-2016
Milli Net 2015-də yekun səsvermə başa çatdı

Milli Net 2015-də yekun səsvermə başa çatdı

14-12-2015
MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

16-12-2023
Milli İnternet Mükafatının  Nominantları seçilib

Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə