Previous Next
Bağla

Qlobal fırtına, yerli dayanıqlıq: strukturlar doğru strategiya seçib - Ekspert

18-11-2025 20:46
Qlobal fırtına, yerli dayanıqlıq: strukturlar doğru strategiya seçib - Ekspert
"Bu gün “Cloudflare” kimi qlobal anti-DDoS xidmətlərində yaranan fasilələr Azərbaycanda 9000 –dən çox milli resursumuzu da çökdürdü.
 
Baş verən hadisə milli rəqəmsal infrastrukturun dayanıqlığı ilə bağlı mühüm bir reallığı üzə çıxardı: xarici asılılıqlar ciddi fəsadlar verə bilər. Yəni rəqəmsal suverenlik dediyimiz məhz bu tip məsələlərdir".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, qlobal problemə baxmayaraq kritik təhlükəsizliyə cavabdeh olan XRİTDX və DTX -nin təsir dairəsində olan əksəriyyət dövlət qurumlarının saytları normal çalışıb:
 
"Qısa bir monitorinq aparmaqla müəyyən etdim ki vacib Gov.az-lar normal çalışır.
XRİTDX tərəfindən qurulan və mühafizə edilən dövlət informasiya ehtiyatlarına (AzStateNet və GOV.AZ zonası) baş verən qlobal problem heç bir təsir göstərməyib. Təhlükəsizliyə cavabdeh olan bu qurumlar, əlbəttə bahalı olsa da, böyük xərclər tələb etsə də - kritik infrastrukturun dayanıqlığı üçün lokal mühafizə sistemlərindən və daxili AzStateNet şəbəkəsindən istifadə edir".
 
Cloudflare xidmətindən istifadə edən Azərbaycanın özəl və bəzi ictimai sektorunun, media sektorunun çox sayda resursları isə fəaliyyətini dayandırıb".
 
Osman Gündüz qeyd edib ki, özəllər və digər resurslar adətən dayanıqlı, rahat və güvənli fəaliyyət üçün daha ucuz və əlçatan olan Cloudflare xidmətlərindən istifadə edirlər. Amma görünən odur ki, bu tip güvənli qlobal resurslar da çökə bilir:
 
;Qlobal güvənli bir resursun sıradan çıxması ölkə daxilində biznesin dayanmasına səbəb oldu.
 
Bu, hər birimiz üçün, xüsusilə də kritikə aid olan özəllər üçün (qapalı informasiya olduğundan adlarını çəkmirəm, amma onların da saytlarından çökənlər vardı) ciddi
bir dərsdir.
 
Demək, hətta ən etibarlı qlobal xidmətlər belə 100% zəmanət vermir. Xarici asılılıq nəzarətinizin xaricində olan risk deməkdir".
 
Ekspert düşünür ki, hibrid müdafiə strategiyasına üstünlük verilməsi - yalnız bir xarici xidmətdən asılı olmaq əvəzinə, yerli təhlükəsizlik həlləri ilə qlobal xidmətləri birləşdirən hibrid modellərə keçid daha doğru olardı:
 
"Eyni zamanda dövlət tərəfindən milli statusa malik olan özəl və ictimai resursların, informasiya resurslarının dayanıqlığı üçün, onlar hətta kritikə aid olmasa da, təhlükəsizlik perimetrinə daxil edilməsi üçün səylər göstərilməsi doğru və faydalı olardı".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX: Fasilə "AzStateNet" şəbəkəsinə və gov.az domenlərinə təsir etməyib

XRİTDX: Fasilə "AzStateNet" şəbəkəsinə və gov.az domenlərinə təsir etməyib

18-11-2025
XRİTDX: 9 mindən çox saytda fasiləyə "Cloudflare" məsələsi kimi baxmaq yanlışdır

XRİTDX: 9 mindən çox saytda fasiləyə "Cloudflare" məsələsi kimi baxmaq yanlışdır

20-11-2025
Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025
Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Azərbaycan İnternet Forumunun  açıqlaması

Azərbaycan İnternet Forumunun açıqlaması

04-08-2014
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Ekspert: Televiziyaların video kontenti harada saxlanılır?

Ekspert: Televiziyaların video kontenti harada saxlanılır?

16-12-2024
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019
Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025
AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015
Nazirliyin milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş-ŞƏRH

Nazirliyin milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş-ŞƏRH

15-03-2023
Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

19-11-2025
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

20-02-2025
İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026
Cloudflare-in çökməsinin səbəbi məlum olub

Cloudflare-in çökməsinin səbəbi məlum olub

19-11-2025
Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

26-03-2019
Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

15-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə