Previous Next
Bağla

Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

16-12-2025 10:42
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq yükdaşıma əməliyyatları ilə bağlı proseslərin rəqəmsallaşdırılması, məlumatların xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin edilməsi və ölkənin logistika sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə digər qurumların iştirakı ilə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılır.

Xeberler.az bildirir ki, “DLP” – idxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektron bir pəncərə” üzərindən idarə etməyi hədəfləyən innovativ platformadır. Prosedur və fəaliyyətlərin mümkün dərəcədə sadələşdirilməsini ehtiva edən informasiya sistemi ilk növbədə xarici iqtisadi fəaliyyətdə mövcud olan və kağız üzərində aparılan çoxsaylı pərakəndə və səmərəsiz proseslərin aradan qaldırılmasını, xarici ticarət iştirakçıları və aidiyyəti dövlət orqanları arasında rəqəmsal mühitdə məlumat mübadiləsinin və inteqrasiyaların təmin edilməsini, eləcə də proseslərin xarici ticarət iştirakçıları üçün əlçatan və vahid mərkəzdən idarə oluna bilməsini nəzərdə tutur.

Xarici iqtisadi fəaliyyət çərçivəsində idxal, ixrac və tranzit əməliyyatlarına dair sənədlərin əldə olunması üçün müxtəlif qurumlara ayrıca müraciət tələb olunur ki, bu da həm elektron, həm də fiziki prosedurların uzanmasına, vaxt itkisinə və eyni məlumatların təkrar təqdim edilməsinə səbəb olur. Bu baxımdan mal və nəqliyyat xidmətlərinin fasiləsiz hərəkətinin təmin olunması, sərhəd-keçid və nəqliyyat prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün sadələşdirilmiş, istifadəçi yönümlü, “vahid pəncərə” prinsipi ilə işləyən, qurumların məsuliyyətini ayrı-ayrılıqda müəyyən edən və icra keyfiyyətini, həmçinin sürətini ölçmə imkanı verən bir nəqliyyat-logistika platformasının yaradılması təxirəsalınmaz tələb idi.

Qeyd olunan çağırışlara uyğun hazırlanacaq DLP informasiya sistemi nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin şəffaflaşdırılması, sadələşdirilməsi, həmin fəaliyyətlərin operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin artırılması, o cümlədən yük axınlarının “ağıllı” idarə edilməsi, daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi və yükdaşıma müddətlərinin optimallaşdırılması üçün əlaqəli proseslərin və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasını, aidiyyəti dövlət orqanlarının idxal-ixrac və tranzit əməliyyatlarına dair monitorinqlər aparmasını və statistik məlumatların emal olunmasını nəzərdə tutur.

Platforma dörd əsas moduldan ibarətdir:

● “Ticarət bələdçisi” modulu xarici iqtisadi fəaliyyət subyektlərinə məhsul üzrə axtarış zamanı seçilmiş daşıma və əməliyyat növünə (idxal, ixrac, tranzit) uyğun olaraq dövlət qurumlarının tələblərini və icra mərhələlərini addım-addım göstərir, tələb olunan sənədlər və icraçı qurumlar barəsində təqdim edir.
● “Ticarət xidmətləri” modulu xarici iqtisadi fəaliyyət zamanı tələb olunan sənədlərin vahid elektron müraciət əsasında əldə edilməsini təmin edir.
● “Rezervasiya modulu” yük sahibləri və daşıyıcılar arasında körpü rolunu oynayaraq elan yerləşdirmə və uyğun təklif əsasında tərəfdaşlıq imkanları yaradır.
● “Hesabatlılıq modulu” istifadəçilərin əməliyyatları əsasında ətraflı analitik hesabatların hazırlanmasını təmin edir. Modul məlumat əsaslı qərarvermə, dövlət qurumları üçün çevik hesabatların təqdim olunması kimi üstünlüklərə malikdir.

Platformanın əsas modullarından olan “Ticarət bələdçisi” artıq istifadəyə hazırdır. Modulda məhsul üzrə axtarış zamanı xidmətin rüsumu, icra müddəti və əlaqəli digər məlumatlar, həmçinin daşınma növü, əməliyyat növünə görə filtrləmə imkanları mövcuddur.

Platformada növbəti aylarda “Ticarət xidmətləri” modulunun istifadəyə verilməsi planlaşdırılır. Bu modul çərçivəsində xarici iqtisadi fəaliyyət üçün tələb olunan icazə, lisenziya və digər müvafiq sənədlərin platforma üzərindən əldə edilməsi nəzərdə tutulur.

“DLP” regionda logistika xidmətlərinin rəqəmsallaşdırılması sahəsində atılan ilk addımlardan biridir və Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyini gücləndirəcək. Bu təşəbbüs isə ölkədə rəqəmsal transformasiya istiqamətində növbəti mühüm mərhələ olacaq.

Platformanın yeniliklərindən vaxtında xəbərdar olmaq və təqdim olunan xidmətlərdən yararlanmaq üçün rəsmi veb-saytı və sosial şəbəkə hesablarını izləyə bilərsiniz:
● Veb-sayt – https://dlp.gov.az/

● “Instagram” – https://www.instagram.com/dlp.gov.az/ 

● “Facebook” – https://www.facebook.com/dlp.gov.az/

● “LinkedIn” – https://www.linkedin.com/company/digital-logistics-platform/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Azərbaycan və Türkiyə e-CMR üzrə texniki məsələləri müzakirə edib

10-03-2026

ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verib

13-03-2026

Multimodal daşımalarında vahid elektron bəyannamənin tətbiqinə keçidin əhəmiyyəti açıqlanıb

29-04-2026

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

14-02-2018

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

09-02-2026

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

Gömrükdə elektron xidmətlərin genişləndirilməsi haqqında Sərəncam verildi

04-03-2016

Elektron Rəqabət İnformasiya Sisteminin üstünlükləri nələrdir?

14-11-2024

Azexport beynəlxalq konfransda təqdim olunub

28-10-2021

TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısı keçirilib

15-05-2026

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

Koronavirusa görə Azərbaycanda vahid elektron baza yaradılır

14-04-2020

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

07-05-2026

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017

ASAN imza dünya üzrə xarici vətəndaşlara təqdim olunacaq

05-06-2017

Keyfiyyətə nəzarət üzrə vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

03-03-2025

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib

25-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə