Previous Next
Bağla

Azər-Türk Bank yeni elektron xidmət istifadəyə verib

01-07-2016 11:37
Azər-Türk Bank yeni elektron xidmət istifadəyə verib

Azər-Türk Bank daha bir yenilik edib.

Bankdan Xeberler.az-a verilən məlumata görə, korporativ müştərilərə müasir və təhlükəsiz internet bankçılıq xidməti göstərmək məqsədi ilə “E-bank” xidməti yaradılıb.

“Etibar etdiyiniz ünvan” şüarı ilə fəaliyyət göstərən Azər-Türk Bank bu xidmət vasitəsilə müştərilərinə maliyyə əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır.

”E-bank” məhsulu “Asan İmza” mobil elektron imza ilə inteqrasiya olunmuş internet bankçılıq proqramıdır. “Asan İmza” mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. Bu texnologiyanın üstün cəhətlərindən biri smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. İstifadə üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Ölkədə ilk dəfə Azər-Türk Bank daxil olma və təsdiqləmə üsulu yalnız “Asan İmza” olan İnternet Bank xidmətini tətbiq edir. Belə ki, sistemdən istifadə zamanı digər ənənəvi giriş üsullarına (istifadəçi adı, şifrə və s.) və müştəri tərəfindən əlavə eyniləşdirmə məlumatlarının daxil edilməsinə ehtiyac olmur.

“E-bank”  xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı məsafəli şəkildə nəzərdən keçirə, idarə edə bilər. Bununla yanaşı, şirkət əməkdaşlarının Banka gəlmələrinə ehtiyac olmadığı üçün iş vaxtlarının daha səmərəli istifadə etmələrinə imkan yaranacaq. Xidmətin növbəti üstünlüyü ondan ibarətdir ki, istifadə üçün xüsusi avadanlıq və ya proqram təminatına ehtiyac olmadan, standart internet brauzerindən istifadə etməklə yararlanmaq mümkündür.

Xidmətin tətbiqi Ukraynanın “Datas Technology” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş Azər-Türk Bank ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından,  sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

NIKOIL Bank Asan İmza ilə İnternet-bankinq xidməti təqdim edir

08-07-2015

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016

Unibankda internet bankinq Asan oldu

21-07-2017

Bank VTB ASAN imza xidmətini tətbiq edib

14-11-2015

Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016

PASHA Bank yeni texnologiyanın tətbiqinə başladı

09-01-2018

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi

17-03-2026

Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək

21-04-2021

Beynəlxalq Bankdan İnternet Bank istifadəçilərinə yeni güzəşt

23-01-2019

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başlayıb

09-01-2025

Ölkədə internet bankçılıq xidməti ilə bağlı vəziyyət necədir?

09-12-2015

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

Daha bir bank elektron arayış sisteminə qoşuldu

18-06-2015

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib

22-04-2024

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

ABB-nin ATM-lərində yenilik!

23-04-2024

VTB Online internet bankinq xidmətini istifadəyə verdi

19-08-2016

Ani Ödənişlər Sistemi ilə mobil tətbiqdən hesablara mədaxil imkanı yaradılıb

23-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə