“Azərpoçt” MMC “Sədərək” Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılması xidmətini uğurla davam etdirir.
MMC-dən Xeberler.az-a bildirilib ki, yeni xidmət vasitəsilə göndərişlərin sərfəli qiymətə və təhlükəsiz şəraitdə respublikanın istənilən bölgəsinə (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) çatdırılması təmin olunur. Layihə çərçivəsində göndərişlərin sayı gündən-günə artır ki, bu da müştərilərin məmnuniyyət səviyyəsinin bariz nümunəsidir. Belə ki, noyabr ayının ilk yarısında göndərilən bağlamaların sayında oktyabr ayına nisbətən iki dəfə artım müşahidə edilib. Qısa müddət ərzində 1000-ə yaxın bağlama ünvanlara təhvil verilib. Göndərişlərin əksəriyyəti “Sədərək” Ticarət Mərkəzində onlayn ticarət vasitəsilə satılan məhsullardır.
Qeyd edək ki, vətəndaşlar ölkədaxili ən sürətli və sərfəli poçt xidmətlərini təqdim edən “Azərpoçt”a müraciət etməklə qeyd edilən ticarət mərkəzindən alınan məhsulları (qida və tez xarab olan mallar istisna olmaqla) birbaşa ünvanlarında əldə edə bilərlər.
Xatırladaq ki, xidmət onlayn sifarişlərə də şamil olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri