Previous Next
Bağla
REKLAM YERİ

Poçt göndərişlərini Azərpoçt-un saytı ilə izləyin

02-10-2015 13:12
Poçt  göndərişlərini Azərpoçt-un saytı ilə izləyin

Poçt sahəsində tətbiq edilən texnologiyalar sayəsində  Azərbaycana gələn və ölkəmizdən gödərilən  bağlama, məktub, pul göndərişləri asanlaşdırılıb və sayı artıb.

Xeberler.az olaraq maraqlandıq ki, ən çox hansı ölkələrdən Azərbaycana bağlamalar göndərilir və ən çox hansı ölkələr Azərbaycandan bağlamalar əldə edir?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) poçt sektorunun müdiri Novruz Məmmədovun Xeberler.az-a  verdiyi məlumata görə,  ölkəmizə Almaniya, Rusiya, Amerika Birləşmiş Ştatları (ABŞ), İngiltərə, Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) il ərzində daha çox bağlama qəbul olunur.

RYTN-dən verilən məlumata görə, 2015 ci ilin 1-ci yarım ili statistikasında Azərbaycana ən çox bağlama göndərən ölkələr siyahısında Almaniya, Rusiya, Amerika Birləşmiş Ştatları (ABŞ) ilk üçlükdədir.

Bu ilin birinci yarım ili üçün olan statistikaya görə, Almaniyadan ölkəmizə 5769, Rusiyadan 3418, Amerika Birləşmiş Ştatlarından isə 2913 bağlama qəbul olunub. Ukrayna 2523, Türkiyə 1763, Avstriya 931, Çin 663, Niderland 609, İsveçdən isə 439 bağlama və məktub ölkəmizə daxil olub. Ümumilikdə, 2015-ci ilin 1-ci yarısında Azərbaycana 19698 göndəriş olub.

Poçt rəsmisi bildirib ki, Azərpoçt Ermənistan istisna olmaqla dünyanın 192 ölkəsi ilə poçt sahəsində əməkdaşlıq edir:

“ Bu o deməkdir ki, bu siyahıda olan ölkələrə həm Azərbaycandan məktub və bağlamalar gedə bilər, o cümlədən həmin ölkələrdən də maneəsiz olaraq mərkəzi poçta bütün növ məktub və bağlamalar qəbul oluna bilər”.

Onun sözlərinə görə, yeni texnologiyalar poçt sisteminə tətbiq edildikdən sonra əhaliyə göstərilən xidmətin keyfiyyəti və çevikliyi artdı:

“ Bu gün isə İKT-nin meydana gəlməsi bir sıra xidmət növlərini daha aktiv edib. Poçt vasitəsilə xarici ölkələrə göndərilən istənilən bağlamanın ünvanına hansı formada çatdırıldığını nəzarətdə saxlamaq imkanı yaradılıb. Məsələn, vətəndaş Rusiyanın hansısa şəhərinə, yaxud Yaxın və Orta Şərq ölkələrindən birinə bağlama göndərib. Göndəriş qəbul edildikdə göndəriciyə kompüterden çıxarılmış qəbzin üzərinə ştrix kod yapışdırılıb təqvim ştempeli vurularaq təqdim edilir. Vətəndaş poçt vasitəsilə göndərdiyi bağlama və məktubları Azərpoçt saytında yaradılan poçt göndərişlərinin izlənməsi bölməsindən göndərişin harada olduğunu, hansı növ nəqliyyat vasitəsilə daşındığını, nə zaman sahibinə çatdırılacağını öyrənə bilir. Qeydiyyatda olan bütün poçt göndərişləri haqda istənilən informasiyanı saytdan almaq mümkündür”.

Novruz Məmmədov onu da qeyd edib ki, bəzi hallarda poçt göndərişlərinin izlənməsi mümkün olmur:

“İKT-nin inkişaf etmədiyi bir sıra ölkələrdə (Tacikistan, Afrika ölkələri) göndərişlərin izlənməsi sistemi olmadığı üçün vətəndaşlarımız bu xidmətdən yararlana bilmirlər”.

Sevinc Çəltikova 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azərpoçt" bayram günlərində 30 mindən çox məktub çatdırıb

29-03-2022

“Azərpoçt” daha 16 ölkəyə göndərişlərin qəbulunu bərpa edib

29-04-2020

“Azərpoçt” MMC bir neçə ölkəyə poçt göndərişlərinin qəbulunu bərpa etdi

14-04-2020

“Azərpoçt” daha 40 ölkədən poçt göndərişlərinin qəbulunu bərpa edib

20-05-2020

Beynəlxalq poçt göndərişlərini qəbul etməyən ölkələr açıqlanıb

31-05-2020

“Azərpoçt” “Sədərək”dən ünvanlara 1000-ə yaxın bağlama çatdırıb

17-11-2021

Amerikaya poçt göndərişlərinin müvəqqəti məhdudlaşdırılmasının səbəbi açıqlanıb

20-11-2025

Poçt bağlamalarından büdcəyə aylıq yarım milyon manat vəsait daxil olur

28-11-2025

Elektron ticarət platforması bu il istifadəyə veriləcək

19-06-2015

“Azərpoçt” bayramda da işləyəcək

16-03-2011

Azərpoçt-la göndərilən poçt göndərişlərini onlayn izləmək mümkün olacaq

04-12-2018

Ekspert: Regionların bəzi poçtlarında vəziyyət buradan qat-qat yaxşıdır

28-03-2019

Beynəlxalq poçt göndərişlərinin qəbulunda daha bir yenilik

15-05-2020

“Azərpoçt” bayram günlərində fasiləsiz xidmət göstərəcək

19-03-2009

Azərpoçt Əsgərə məktub aksiyası keçirir

21-06-2018

İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər

13-02-2026

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

01-10-2020

“Azərpoçt”-da elektron ticarətlə bağlı platforma hazırlanır

01-06-2015

Özəl zərflə məktub göndərə bilməzsiniz- Problem

10-07-2015

Gömrük Komitəsindən Azərpoçt-a İTTİHAM

28-09-2018

RYTN-in daha bir xidməti “Elektron hökumət” portalı üzərindən göstəriləcək

06-05-2015

Poçt xidmətinin izlənilməsi elektronlaşdırıldı

06-05-2015

“Azərpoçt” İspaniyadan sifarişlərin çatdırılmasını həyata keçirəcək

07-02-2025

DİN: Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını alınıb

10-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə