“AzEuroTel” BM-in təşkilati hüquqi forması mövcud qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilib.
RİTN-in mətbuat xidmətindən verilən məlumata görə, bu “AzEuroTel” BM-in xarici təsisçisi “Lukoyl-Evropa Ltd” şirkətinin ləğv edildiyi və “AzEvroTel” BM-dəki payının alınmasından imtina edildiyi nəzərə alınaraq, eyni zamanda nizamnamə fondunda 50 % dövlət payı və 27 min abunəçisi olan bir müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, BM-in sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə həyata keçirilib. Bundan başqa, “AzEuroTel” BM-in “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi prosesi zamanı öz ərizəsinə əsasən BM-in baş direktoru Nuru Əhmədov tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib.
Qeyd edək ki, “AzEuroTel” Birgə Müəssisəsi (BM) Azərbaycan Respublikası Rabitə Nazirliyinin və Böyük Britaniyanın “Lukoyl-Europa Ltd” şirkətinin təsisçiliyi və 50%-50% pay nisbəti ilə 1995-ci ildə təsis edilib. Rabitə Nazirliyi “AzEuroTel” BM-in Nizamnamə Fondunda 50% payını 50 min ABŞ dolları həcmində vəsait ödəməklə formalaşdırıb, eyni zamanda BM-in fəaliyyəti üçün bina, kommunikasiya qurguları, yardımçı sahələr ayrılıb.
Hazırda 30 000 nömrə tutumu və 27 000 istifadəçisi olan “AzEuroTel” BM fəaliyyəti müddətində istifadəçilərə bir qayda olaraq müasir və nümunəvi xidmətlər göstərməsinə baxmayaraq, son illərdə BM-in maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər yaranıb, kənar təşkilatlara külli miqdarda borclar formalaşıb, BM-in investorlar üçün cəlbediciliyi azalıb və özəlləşməyə açılmasına baxmayaraq bu proses başa çatmayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri