İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ilə Yaponiyanın 5000-dən artıq üzvü olan “Shinseikai” biznes platforması arasında görüş keçirilib. Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Shinseikai” təşkilatının nümayəndəsi Hitoşi Usukura iştirak ediblər.
Xeberler.az bildirir ki, görüşün əsas məqsədi Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması və ixrac prosesindəki texniki-hüquqi prosedurların müzakirəsi olub.
Hitoşi Usukura bildirib ki, “Shinseikai” təşkilatı Yaponiyanın iqtisadi həyatında mühüm rol oynayan 5000-dən çox üzvü özündə birləşdirir. Təşkilatın üzvləri tekstil, kənd təsərrüfatı, sənaye istehsalı, logistika və digər strateji sektorları təmsil edən
sahibkarlardan ibarətdir. Yaponiyalı qonaq Azərbaycanın ixrac potensialı ilə yaxından maraqlandıqlarını və təmsil etdiyi şəbəkə vasitəsilə Azərbaycan məhsullarının Yaponiyada tanıdılmasına dəstək verə biləcəklərini vurğulayıb.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov qonağa portalın fəaliyyət istiqamətləri, yerli sahibkarlara göstərilən dəstək mexanizmləri və qlobal e-ticarət platformaları (“Amazon”, “Alibaba” və s.) ilə inteqrasiya barədə təqdimatla çıxış edib.
Təqdimat zamanı nümayiş etdirilən “Azexport”un rəqəmsal sərgi zalı qarşı tərəfin xüsusi marağına səbəb olub. Hitoşi Usukura qeyd edib ki, məsafədən asılı olmayaraq məhsulların vizual və detallı şəkildə nümayişini təmin edən bu innovativ həll yaponiyalı alıcıların Azərbaycan məhsulları haqqında dolğun məlumat əldə etməsi üçün unikal vasitə ola bilər.
Tərəflər ixrac zamanı qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və hüquqi prosedurlar ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətdə sahibkarların maarifləndirilməsi və logistik maneələrin aradan qaldırılması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüşün yekunu olaraq, “Shinseikai” təşkilatının üzvləri ilə Azərbaycan ixracatçıları arasında B2B əlaqələrin qurulması və məhsullarımızın Yaponiyanın ticarət şəbəkələrinə inteqrasiyası istiqamətində konkret addımların atılması barədə razılıq əldə olunub.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları