Previous Next
Bağla

AzInTelecom Bakutel sərgisində yeni məhsullar təqdim edib

08-12-2018 10:17
AzInTelecom Bakutel sərgisində yeni məhsullar təqdim edib

24-cü “Bakutel” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC ayrıca stendlə təmsil olunub.  “AzInTelecom” üçün 2019-cu ilin “SaaS ili” (proqram təminatı xidmətləri) elan olunması çərçivəsində təqdim etdiyi yeni məhsulların əyani şəkildə nümayişi və test olunması həyata keçirilib, eyni zamanda ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

Xeberler.az  bildirir ki, həmçinin “AzInTelecom” “Microsoft” ilə əməkdaşlığı çərçivəsində Data Mərkəzi üzərindən təqdim edilən “Microsoft” məhsulları barədə də məlumatlar  verib. Bu məhsullar vasitəsilə müştərilər Data Mərkəzində virtual mühitdən istifadə zamanı lisenziyalaşdırılmış “Microsoft Windows Server” əməliyyat sistemindən, məlumat bazasının idarə edilməsi üçün “SQL Server” və poçtun idarə edilməsi üçün “Exchange Server” proqram təminatlarından faydalana bilərlər.
Bundan əlavə, “AzInTelecom” tərəfindən Data Mərkəzi vasitəsilə təqdim olunan məhsullardan istifadəni maksimum rahat etmək üçün vahid pəncərə modelinə uyğun olaraq gələn ilin ortalarında istifadəyə veriləcək özünəxidmət platforması barədə iştirakçılara ətraflı məlumat verilib. Bu platforma kiçik və orta biznes sahibkarları üçün biznes proseslərinin rəqəmsallaşdırılmasında müsbət rol oynayacaq. Sərgi zamanı “AzInTelecom”, həmçinin, son istifadə nöqtələrinin və serverlərin qorunması üzrə kompleks təhlükəsizlik həlləri xidmətlərini də təqdim edib.

Növbəti ildə təqdim olunması planlaşdırılan xidmətlərdən  müasir tələblərə cavab verən virtual İP telefoniya üzrə xidmətlər ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Data Mərkəzi vasitəsilə göstərilən xidmətlərin etibarlığını artırmaq üçün, Rezervlənmə xidmətinin davamı olaraq Əsas Data Mərkəzində saxlanılan məlumatların və beynəlxalq səs trafikinin coğrafi rezervlənməsi məqsədilə növbəti ilin 2-ci rübündə istifadəyə veriləcək Ehtiyat Data Mərkəzinin Yevlaxda inşası davam etdirilir. Yevlaxda yerləşəcək Ehtiyat Data Mərkəzində Azərbaycan bazarı üçün Qəza sonrası bərpa xidmətlərinin təmin edilməsi də nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yevlaxda ehtiyat DATA-mərkəzi tikilir

07-03-2019

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019

“AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb

11-08-2022

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017

AzInTelecomdan yeni təklif - VİRTUAL MAŞINLAR

12-09-2018

Azərbaycanda daha iki Data mərkəz tikilir

20-09-2019

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

Regional Data Mərkəzin işi yüksək qiymətləndirilib

17-07-2017

Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

24-10-2018

Yevlaxdakı ehtiyat Data-mərkəzi ABŞ şirkətinin sertifikatına layiq görülüb

21-02-2020

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

04-05-2023

“AzInTelecom”un Data Mərkəzi “TIER III” sertifikatına layiq görülüb

05-03-2020

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022

Regional Data Mərkəzin rəsmi saytı istifadəyə verildi

20-07-2017

“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

07-11-2025

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024

Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

07-10-2019

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə