İnformasiya və kommunikasiya texnologiyaları sahəsində təqdim etdiyi innovativ məhsul və xidmətlərlə Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirən “AzInTelecom” MMC ölkədə ilk dəfə keçirilən “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gələcək. Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparacaq.
“AzInTelecom”un İdarə heyətinin sədri Elxan Əzizov konfransın ilk günündə keçirilən panel müzakirələrində çıxış edəcək. O, paneldə “Ookla” nümayəndəsinin moderatorluğu, Sinqapurun “Circles.life”, Yeni Zelandiyanın “Lifestream” şirkətlərinin, Qazaxıstanın “Kcell” mobil operatorunun və “Google”un rəhbər şəxslərinin iştirakı ilə “Müştəri əlaqələrinin gücləndirilməsi: mobil prioritetli dünyada tərəfdaşlıqlar” mövzusunda fikir mübadiləsi aparacaq.
“AzInTelecom” beynəlxalq konfransda, həmçinin stend ilə çıxış edəcək. Tədbirdə iştirak edərək sözügedən stendə yaxınlaşıb şirkətin hazırkı layihələri və gələcək planları barədə ətraflı məlumat əldə etmək olar.
“GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Konfrans "Gələcək inkişaf üçün rəqəmsal davamlılıq", "5G və infrastrukturun gələcəyi", “Əşyaların interneti”, “Süni intellekt və maşın öyrənməsi”, “Fintek”, kibertəhlükəsizlik kimi bir sıra mövzuları əhatə edir. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri