“AzInTelecom” ilə Koreyanın iki qurumu arasında anlaşma memorandumu imzalanıb

16-02-2022 / 09:30

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə Koreya Respublikasının “GEOMEX” MMC və “Məkan Məlumat Sənayesinin Təşviqi Agentliyi” arasında anlaşma memorandumu imzalanıb.

Xeberler.az bildirir ki, memoranduma əsasən, “K-City Network 2020” proqramının “Ağıllı şəhər” (Smart City) layihəsi çərçivəsində Bakı şəhərinin Baş planı hazırlanır. Bu layihə ilə Bakı şəhərində Koreya tipli “ağıllı şəhər” həllərinin tətbiqi planlaşdırılır.

Qeyd edək ki, “K-City Network 2020” Koreya tipli “Ağıllı şəhər” layihəsinin müəyyən edilməsi və inkişafı üçün kompleks şəkildə dəstək təklif edən qlobal əməkdaşlıq proqramıdır. 2020-ci ildə Koreya Respublikası “Ağıllı şəhər” layihələri üzrə G2G (Government-to-Government) əməkdaşlığını inkişaf etdirmək məqsədilə “K-City Network” proqramını həyata keçirməyə başlayıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.