Previous Next
Bağla

RİNN və AİB arasında anlaşma memorandumu imzalanıb

14-11-2024 17:38
RİNN və AİB arasında anlaşma memorandumu imzalanıb

Bu gün Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı (AİB) arasında Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az məlumat verir ki, memoranduma əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Bakı Metropoliteni ilə hər gün təxminən 620-630 min sərnişin daşınır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon nəfər əhalisi olan Bakı şəhərində metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.

Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Bakı şəhərinin mobillik proqramı” çərçivəsində paytaxtda mikromobillik vasitələrinin təşviqi və infrastrukturun qurulması istiqamətində işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, indiyədək 32 km-dək mikromobillik zolaqları istifadəyə verilib və şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.

“Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək”, – deyə nazir Rəşad Nəbiyev qeyd edib.

“Bu Anlaşma Memorandumu daha yaşıl və dayanıqlı Bakı ilə bağlı ümumi baxışımızın həyata keçirilməsi istiqamətində atdığımız əsas addımdır. Avropa İnvestisiya Bankı istixana effektli qaz tullantılarının azaldılması və şəhərdə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək investisiya layihəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək göstərəcək”, – deyə AİB-nin vitse-prezidenti Teresa Çervinska vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

07-05-2026
Rəşad Nəbiyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Rəşad Nəbiyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

12-11-2024
“AzInTelecom” ilə Koreyanın iki qurumu arasında anlaşma memorandumu imzalanıb

“AzInTelecom” ilə Koreyanın iki qurumu arasında anlaşma memorandumu imzalanıb

16-02-2022
İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023
AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

20-12-2024
Azərbaycanla İran arasında IKT sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Azərbaycanla İran arasında IKT sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

15-12-2014
Elektron Təhlükəsizlik Xidməti ilə Azərbaycan-Fransız Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Elektron Təhlükəsizlik Xidməti ilə Azərbaycan-Fransız Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

10-08-2024
KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024
Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

11-02-2026
Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə  görüşüb

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024
"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

"Bakı Metropoliteni" ilk "Dayanıqlılıq Hesabatı"nı hazırlayıb

22-01-2026
Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək

23-04-2025
Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

03-07-2024
Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

04-04-2022
MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025
“Azərbaycanda mobilliyin transformasiyası proqramı” hazırlanıb

“Azərbaycanda mobilliyin transformasiyası proqramı” hazırlanıb

18-12-2023
Rəşad Nəbiyev Strateji Tərəfdaşlıq Panelində çıxış edib

Rəşad Nəbiyev Strateji Tərəfdaşlıq Panelində çıxış edib

10-10-2025
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026
Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

24-09-2024
Azərbaycanla AİB arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla AİB arasında əməkdaşlıq müzakirə olunub

03-06-2025
Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək

Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək

11-12-2024
ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025
Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

08-04-2025
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə