Previous Next
Bağla

“AzInTelecom”dan Azərbaycanda bir ilk

16-02-2023 12:44
“AzInTelecom”dan Azərbaycanda bir ilk

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının ölkəyə geri qayıdışını stimullaşdırmaq və ölkənin qabaqcıl şirkətində aktiv olan vəzifələr üzrə dəyərləndirilməsi məqsədilə təcrübə və təqaüd proqramına start verir.

Xeberler.az məlumat verir ki, bununla əlaqədar olaraq layihənin ilkin mərhələsində “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyi və “AzInTelecom” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Nazirliyin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin də iştirak etdiyi tərəfdaşlıq görüşündə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Layihə çərçivəsində Macarıstanda təhsil alan tələbələrə yay və qış semestr tətilləri zamanı “AzInTelecom” MMC-nin ixtisas sahələri üzrə müvafiq departamentlərində təcrübə keçmələri üçün şərait yaradılması nəzərdə tutulur.

Həmçinin “AzInTelecom” MMC-də olan iş imkanları haqqında ictimai birlik vasitəsilə Macarıstanda təhsil alan və ya məzun olanların birbaşa məlumatlandırılması, daxil olan müraciətlərin dəyərləndirilərək gənclərin işlə təmin edilməsi planlaşdırılır.

Eyni zamanda, “AzInTelecom” MMC yerli şirkət kimi bir ilkə imza ataraq memorandum çərçivəsində Macarıstanda təhsil alan tələbələrin bir neçəsini təhsil aldıqları müddət ərzində təqaüdlə təmin edəcək. Təqaüd veriləcək tələbələr əvvəlcədən müəyyən edilmiş kriterilər əsasında müsabiqə yolu ilə seçiləcək.

“AzInTelecom” MMC oxşar proqramların icrasını digər ölkələrdə təhsil alan Azərbaycan vətəndaşları ilə bağlı da davam etdirəcək.

Qeyd edək ki, “AzInTelecom” MMC ölkə daxilində təhsil alan tələbələrin və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə mütəmadi olaraq ödənişli təcrübə proqramları həyata keçirir. 2022-ci ildə elan edilən proqrama 2000-dən çox gənc müraciət edib. Onlardan 46 nəfər şirkətdə təcrübə keçmək şansı qazanıb. Proqramın sonunda öz aktivliyi, bilik və bacarıqları ilə seçilən 19 nəfər “AzInTelecom”da işlə təmin edilib. 2021-ci ildə isə təcrübə keçən şəxslər arasında fərqlənən 21 nəfər şirkətin əməkdaşı kimi fəaliyyətini davam etdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

17-08-2021

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021

“AzInTelecom” “AmCham”a üzv oldu

08-08-2023

“AzInTelecom” ADA Universiteti ilə ikinci təcrübə proqramına start verib

19-08-2020

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022

"AzInTelecom"da yeni təyinat olub

15-05-2023

“AzInTelecom” lisenziyaların alınmasına 5 milyon manatdan artıq pul xərcləyəcək

22-08-2023

"AzInTelecom"un Müştəri Xidmətləri 6 günlük iş rejiminə keçib

16-11-2022

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

“AzInTelecom”un departament direktoru vəzifəsindən ayrılıb

03-04-2023

“AzInTelecom” Cənubi Afrika Respublikasının nüfuzlu şirkəti ilə əməkdaşlığa başlayır

21-11-2023

“AzInTelecom” Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-04-2023

“AzInTelecom” ilə Koreyanın iki qurumu arasında anlaşma memorandumu imzalanıb

16-02-2022

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

21-07-2023

“AzInTelecom”un dəstəyilə kitab nəşr edilib

26-06-2023

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016

“AzInTelecom”da infotur təşkil olunub

14-04-2022

Azercell tələbələrlə görüşüb

14-10-2017

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə