Previous Next
Bağla

AzInTelecom Ticarət Palatasına üzv oldu

22-06-2018 16:12
AzInTelecom Ticarət Palatasına üzv oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom MMC Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (AmCham Azərbaycan) üzv oldu.

Xeberler.az bildirir ki,  bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palata üzvlərinin AzInTelecom-un təklif etdiyi unikal xidmətlər və bizneslər üçün yaratdığı imkanlar haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcək. Ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yönələn bu əməkdaşlıq, müxtəlif yönlü sosial-iqtisadi layihələrdə iştirak məqsədi daşıyır.

Azərbaycandakı Amerika Ticarət Palatasına üzvlük AzInTelecom-a xarici təşkilatlarla əməkdaşlıq edərək ölkəmizin İT xidmətlərinin xaricə ixracı üçün perspektiv, tanınmış yerli şirkətlərlə daha yaxından tanış olaraq birgə fəaliyyət imkanlarını dəyərləndirmək, xarici bizneslərin uğurlu təcrübəsindən faydalanmaq və bir sıra digər imkanlar yaradır.

Bundan başqa, palata tərəfindən təşkil olunan brifinq və konfranslar, xüsusilə də İKT Komitəsinin işində fəal iştirak yerli bizneslə dialoq kanallarımızı artırmaqla fəaliyyətimizin effektivliyini çoxaltmağa şərait yaradacaq.

Qeyd edək ki, 1996-cı ildə yaradılmış AmCham Azərbaycan ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən şirkətləri özündə birləşdirən qeyri-kommersiya fəaliyyətli biznes assosiasiyasıdır. Xarici investisiyaların 80%- ni və yerli biznesin əhəmiyyətli hissəsini təmsil edən təşkilatın əsas məqsədi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və hökumət ilə özəl sektor arasında körpü rolunu oynamaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” “AmCham”a üzv oldu

08-08-2023

Bakcell Enerji və İKT üzrə biznes-forumunun keçirilməsinə dəstək göstərdi

12-10-2018

Biznes mühitin yaxşılaşdırılmasında rəqəmsal yanaşma adlı tədbir keçirilib

12-10-2019

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

17-08-2021

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017

“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib

26-11-2024

NEQSOL Holding-in dəstəyi ilə AmCham konfrans təşkil edib

07-03-2023

“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

19-05-2022

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

AzInTelecom ilə Belarusiya arasında müqavilə imzalanıb

05-12-2019

“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

09-02-2021

“AzInTelecom”da infotur təşkil olunub

14-04-2022

“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi

05-06-2024

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

"AzInTelecom"da yeni təyinat olub

15-05-2023

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

25-07-2019

“AzInTelecom” lisenziyaların alınmasına 5 milyon manatdan artıq pul xərcləyəcək

22-08-2023

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

12-09-2018

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

30-09-2025

Almaniya Bakutel-2018-də iştirak edəcək

14-02-2018

AzInTelecom tender elan edir

22-02-2019

“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir

24-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə