Previous Next
Bağla

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

12-09-2018 12:26
İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib. 

Xeberler.az bildirir ki, bu barədə “Report”a DGK-dan məlumat verilib.

Görüşdə DGK sədri Səfər Mehdiyev gömrük xidmətinin hər zaman iş adamları, biznes subyektləri ilə qarşılıqlı əlaqələrin, səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına xüsusi önəm verdiyini, o cümlədən gömrük orqanları ilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) arasındakı işgüzar dialoqun, vaxtaşırı keçirilən görüşlərin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. 

Komitə sədri həyata keçirilən müvafiq tədbirlər çərçivəsində Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransının 2018-ci il mayın 2-4 tarixlərində Bakı şəhərində keçirilməsini ölkəmizin bu sahədə xüsusi mövqeyinin, eyni zamanda beynəlxalq aləmin Azərbaycanla əlaqələrə önəm verməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

S.Mehdiyev onu da bildirib ki, gömrük işinin təşkili sahəsində reallaşdırılan innovativ islahatlar hesabına “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması beynəlxalq ticarətin sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, xidmət keyfiyyətinin yaxşılaşdırılmasına, gömrük sistemində şəffaflığın tam təmin olunmasına şərait yaradıb.

Gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinin sürətlə genişləndirildiyini vurğulayan Komitə sədri nəticədə məmur-vətəndaş təmasının minimuma endirildiyini, istənilən xarici iqtisadi fəaliyyət iştirakçısının gömrük orqanına gəlmədən internetə çıxış imkanı olan hər hansı məkandan - ofisdən, evdən gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malik olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı artırılıb və 2018-ci ilin 8 ayı ərzində ümumilikdə elektron xidmətlərdən istifadə edənlərin sayı 2 050 000-dən artıq olub.

Komitə sədri 2018-ci ildə Azərbaycana gələn turistlərin sayında ciddi artım olduğunu bildirib. Məhz gömrük xidmətinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi yeniliklər hesabına, xüsusilə hava limanlarında turistlərin sərhədkeçmə və gömrük məsələlərinin yüksək səviyyədə həllini tapdığı, sıxlıqların və vaxt itkilərinin qeydə alınmadığı diqqətə çatdırılıb.

Ölkəmizin ixrac potensialının artması sahəsində informasiya texnologiyalarının payının az olduğunu bildirən Komitə sədri qeyd edib ki, görüşün əsas məqsədi də sahibkarların bu sahədəki problemlərini, təklif və rəylərini öyrənərək vəziyyətdən çıxış yollarını müzakirə etməkdir.

Səfər Mehdiyev gələn il Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərdən qaynaqlandığını bildirib və görüş iştirakçılarını bu mühüm tədbirdə fəal iştirak etməyə çağırıb.

Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının prezidenti Nuran Kərimov görüşün təşkilinə görə minnətdarlığını bildirərək Azərbaycan Gömrük Xidmətinin rəhbərlik etdiyi qurumun ən önəmli tərəfdaşlarından biri olduğunu və bu əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Palata rəhbəri Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu və Palata üzvlərinin bu konfransda fəal şəkildə iştirak edəcəyinə əminliyini ifadə edib.

Palatanın icraçı direktoru Natəvan Məmmədova isə gömrük sistemində aparılan islahatları diqqətlə izlədiyini, bu islahatların artıq müsbət nəticələr verdiyini bildirib. İcraçı direktor bu islahatlar fonunda gömrük xidmətinə qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını, subyektiv xarakter daşıdığını vurğulayıb.

Gömrük xidməti ilə Azərbaycanda Amerika Ticarət Palatası arasında işgüzar əlaqələrə görə təşəkkürünü bildirən Natəvan Məmmədova gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Daha sonra görüşdə iştirak edən biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının Kommunikasiya, Tədbirlər və Texnoloji İnnovasiyalar İdarəsinin baş meneceri Lyudovik Tanay gələn il ÜGT tərəfindən Bakıda keçiriləcək İnformasiya Texnologiyaları Konfransı və Sərgisi ilə bağlı təqdimatla çıxış edib, görüş iştirakçılarına tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib. 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019
Azərbaycanda Elektron Tədris Platformasının təqdimatı keçirilib

Azərbaycanda Elektron Tədris Platformasının təqdimatı keçirilib

01-02-2019
Azərbaycanda İKT sahəsində ən böyük tədbir keçirilə bilər

Azərbaycanda İKT sahəsində ən böyük tədbir keçirilə bilər

02-07-2018
DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

12-09-2019
Gömrük sistemində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib

Gömrük sistemində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib

22-04-2019
Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

01-03-2019
Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015
Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

09-06-2018
Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

07-06-2017
Yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə olunacaq

Yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə olunacaq

12-06-2019
Gömrük orqanlarında son islahatlar və nəticələr mövzusunda mətbuat konfransı keçirilib

Gömrük orqanlarında son islahatlar və nəticələr mövzusunda mətbuat konfransı keçirilib

13-09-2018
Almaniya Bakutel-2018-də iştirak edəcək

Almaniya Bakutel-2018-də iştirak edəcək

14-02-2018
Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

29-01-2020
Şəffaf uçot sisteminin qurulması ilə bağlı məsələlər müzakirə edilib

Şəffaf uçot sisteminin qurulması ilə bağlı məsələlər müzakirə edilib

26-01-2019
Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016
Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

20-12-2018
Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015
Bakcell Enerji və İKT üzrə biznes-forumunun keçirilməsinə dəstək göstərdi

Bakcell Enerji və İKT üzrə biznes-forumunun keçirilməsinə dəstək göstərdi

12-10-2018
Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025
AzInTelecom Ticarət Palatasına üzv oldu

AzInTelecom Ticarət Palatasına üzv oldu

22-06-2018
ASAN xidmət  Dubayda təqdim olundu

ASAN xidmət Dubayda təqdim olundu

09-02-2016
İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

İKT-də kiçik və orta sahibkarlığın inkişafı müzakirə olunub

04-11-2016
Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-da olub

Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-da olub

29-11-2023
AICT 2019  Beynəlxalq  Konfransına yekun vurulub

AICT 2019 Beynəlxalq Konfransına yekun vurulub

26-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə