Previous Next
Bağla

Biznes mühitin yaxşılaşdırılmasında rəqəmsal yanaşma adlı tədbir keçirilib

12-10-2019 10:10
Biznes mühitin yaxşılaşdırılmasında rəqəmsal yanaşma adlı tədbir keçirilib

Xeberler.az bildirir ki, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) öz üzvləri üçün Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyevin iştirakı ilə “Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

AmCham-ın prezidenti Nuran Kərimov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd xarici investorları təmsil edən AmCham vasitəsilə xarici investisiyalı şirkətlərin Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması prosesinə yaxından cəlb etmək və onların fəaliyyəti üçün yaradılan əlverişli imkanlar barədə məlumatları çatdırmaqdır. 

Ardınca tədbirin xüsusi qonağı Vüsal Şıxəliyev biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşmanın tətbiqi sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər barədə ətraflı çıxış edib. O vurğulayıb ki, biznes mühiti sahəsində yaranan praktiki məsələlərin vahid Platforma (Dövlət-Biznes Dialoqu) çərçivəsində həm dövlət qurumları, həm özəl sektor nümayəndələri, həm də biznes assosiasiyalarının iştirakı ilə müzakirə olunması və bu sahədə həll yollarının birgə işlənilməsi hazırkı mərhələdə çox mühüm əhəmiyyət kəsb edir. Vüsal Şıxəliyev bildirib ki, qeyd olunan Platforma üzrə hazırlanan təkmilləşmə layihələri və təkliflər gələcəkdə uğurla tətbiq olunmaqla yanaşı, bütün tərəflərin maraqlarının nəzərə alınmasına imkan verir.

V.Şıxəliyev həmçinin qeyd edib ki, biznes nümayəndələrinin həm qanunvericilik, həm də inzibatçılıq üzrə təkmilləşmə layihələrinin hazırlanmasında bilavasitə və yaxından iştirak etməsi həm onların təkliflərinin vaxtında nəzərə alınmasına, həm qeyd olunan layihələrin qəbuluna qabaqcadan hazırlıqların görülməsinə, həm də onlar tərəfindən biznes prosesinin proqnozlaşdırılmasına geniş imkanlar yaradır. Diqqətə çatdırılıb ki, bu məqsədlə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya daxilində investisiya mühitin təkmilləşdirilməsində maraqlı olan bütün tərəflərin rahatlıqla istifadə edə biləcəyi elektron kommunikasiya sistemi yaradılmışdır. Bu sistemin biznes islahatlarının hazırlanması, əlaqələndirilməsi və həyata keçirilməsi prosesinin institusionallaşdırılması və rəqəmsallaşdırılması, biznes islahatlarının hazırlanması və kommunikasiyası prosesinə biznes nümayəndələri, beynəlxalq və yerli ekspertlər dövlət-biznes dialoqu platforması çərçivəsində daimi və bərabərhüquqlu üzvlər kimi cəlb olunması və s. kimi bir sıra üstün cəhətləri vardır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

İİTKM-in KOBİA-da təqdimatı baş tutub

12-09-2019

AmCham Azərbaycanda etika və komplayens mövzusunda növbəti konfransını keçirib

30-01-2019

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019

"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib

20-09-2024

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

AzInTelecom Ticarət Palatasına üzv oldu

22-06-2018

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən il üzrə Fəaliyyət Planlarının monitorinqi həyata keçirilib

08-04-2022

Azərbaycan Qafqaz İnvestisiya Forumunda təmsil olunub

04-05-2026

NEQSOL Holding-in dəstəyi ilə AmCham konfrans təşkil edib

07-03-2023

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

“Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib

25-02-2023

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

Dövlət Xidmətlərinin Elektron Reyestri üzrə təkmilləşmə aparılıb

17-10-2024

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

Bakcell Enerji və İKT üzrə biznes-forumunun keçirilməsinə dəstək göstərdi

12-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə