“AzInTelecom” və “Azfina” fintex şirkətlərini bir araya toplayıb

07-01-2025 / 11:49

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Azərbaycan Fintex Assosiasiyası (“Azfina”) üzvləri üçün 2024-cü ilin yekunlarına dair görüş keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə “Azfina”nın İdarə Heyətinin sədri Ruslan Talıbov və “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev giriş sözü ilə çıxış ediblər. R.Talıbov 2024-cü il ərzində fintex sahəsində görülən işlər barədə məlumat verib.

F.Fərəcullayev bildirib ki, “AzInTelecom” artıq beynəlxalq PCI DSS sertifikatı əldə edib və bununla da fintex şirkətlərinə daha effektiv xidmət göstərə biləcək.

Görüş çərçivəsində “AzInTelecom”un rəqəmsal maliyyə xidmətlərinin dövlət və qeyri-dövlət qurumları arasında təşviqi və əməkdaşlıq effektivliyinin artırılması barədə müzakirələr aparılıb. Daha sonra “Azfina”nın icraçı direktoru Azər Əkbərov assosiasiyanın 2024-cü il fəaliyyətinə dair hesabatla çıxış edib.

Tədbir zamanı “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Azfina” üzvləri qarşısında təqdimat nümayiş etdirib. Təqdimatda SİMA məhsulları və yeni yaradılmış özünəxidmət “bulud” platforması “AzInCloud” haqqında məlumat verilib.

Görüş fintex ekosisteminin gücləndirilməsi istiqamətində müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, “AzInTelecom” 2023-cü ilin noyabrından “Azfina”nın üzvüdür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə