Martın 3-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatı təqdim edilib. Bu nüfuzlu mükafat rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən verilib.
Xeberler.az bildirir ki, mükafatlandırma İspaniyanın Barselona şəhərində keçirilən “Green All-optical Network Forum 2025” forumu çərçivəsində “Aztelekom”un nümayəndə heyəti ilə görüş zamanı baş tutub.
Mükafat “Aztelekom” MMC-yə ev təsərrüfatları üçün genişzolaqlı internet xidmətlərinin 100 Mbit/s-dən 1 Gbit/s-yə yüksəldilməsi, prosesin uğurla kommersiyalaşdırılması üzrə sektora nümunə olduğuna görə təqdim edilib. Həmçinin “Aztelekom”un genişmiqyaslı 10G PON texnologiyasını tətbiq edərək gələcəkdə 50G PON-a keçid üçün möhkəm təməl qoyması, müştəri təcrübəsini yaxşılaşdırması və yerli bazarlarda xidmətlərin inkişafına istiqamət vermək məqsədilə innovativ genişzolaqlı internet paketləri təqdim etdiyi üçün təltif edilib.
Qeyd edək ki, hər il təqdim edilən mükafat ev təsərrüfatlarının genişzolaqlı internetlə təmin edilməsinin inkişafı və istifadəçi təcrübələrinin yaxşılaşdırılması sahəsində fəaliyyəti ilə fərqlənən bir neçə şirkətə təqdim edilir. Bu il “Aztelekom” MMC ilə yanaşı, mükafata “Algeria Telecom” (Əlcəzair), “ZEOP” (Fransa), “China Telecom” (Çin), “Hong Kong Telecom” (Çin) şirkətləri də layiq görülüb.
Məlumat üçün bildirək ki, bu mükafat Azərbaycanda ilk dəfə məhz “Aztelekom” şirkətinə təqdim edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri