AZCON Holding şirkətlərindən olan “Aztelekom” gigabit sürətli genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.
Xeberler.az məlumat verir ki, “Gigacity Champion” rəqəmsal infrastrukturun inkişafını və genişzolaqlı internet xidmətlərinin yayılmasını təşviq etmək məqsədilə təqdim olunan nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafat şəhərlərin “Gigacity” statusu əldə etmələri üçün müxtəlif qurumların həyata keçirdikləri təşəbbüsləri və yatırılan sərmayələri dəyərləndirir.
Mükafat “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərova təqdim edilib.
“Gigacity Champion” mükafatının “Aztelekom” üçün əhəmiyyətini dəyərləndirən H.Ömərov qeyd edib ki, bu mükafatın təqdim olunması Azərbaycanın müxtəlif şəhər və regionlarına yüksəksürətli rabitə xidmətlərinin çatdırılması istiqamətində atılan uğurlu addımların beynəlxalq səviyyədə tanınmasıdır. Eyni zamanda bu mükafat “Aztelekom”un rəqəmsal transformasiya sahəsindəki uzunmüddətli vizyonuna və bu istiqamətdəki öhdəliklərinə sadiqliyinin bariz göstəricisidir.
Məlumat üçün bildirək ki, son bir il ərzində bu, “Aztelekom”un təltif olunduğu üçüncü mükafatdır. Belə ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət
“Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “IDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər üç mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları