Previous Next
Bağla

Aztelekomda uğurla təcrübə keçən tələbələrə iş təklif olundu

10-09-2018 12:45
Aztelekomda uğurla təcrübə keçən tələbələrə iş təklif olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom MMC-nin tələbələr üçün keçirdiyi “Yay təcrübəsi 2018” proqramı uğurla başa çatıb.

Xeberler.az  məlumat verir ki, “Xəzər”, Bakı Mühəndislik, Azərbaycan Dövlət
İqtisad universitetlərinin və Azərbaycan Diplomatik Akademiyasının III və IV kurs tələbələrinin iştirakı ilə keçirilən təcrübə proqramı üç aylıq müddəti əhatə edib.

“Aztelekom”un Genişzolaqlı Xidmətlər, İnformasiya Texnologiyaları, Texniki, Maliyyə və İnsan Resursları departamentlərində təcrübə keçən tələbələr iş prosesində birbaşa iştirak edərək müasir texniki avadanlıqla tanış olmaq imkanı əldə ediblər.

Proqramın yekununa həsr olunmuş tədbirdə hər bir iştirakçıya “Aztelekom” MMC-nin sertifikatı və hədiyyələri təqdim olunub. Tələbələrlə görüşdə “Aztelekom” MMC-nin İnsan resursları departamentinin direktoru Səidə Hüseynova bildirib ki, bu kimi layihələr gələcəkdə uğurlu əməkdaşlıq üçün istedadlı kadrların müəyyən olunmasına imkan yaradır. Bundan əlavə, gənclərə uğurlu işgüzar həyatla bağlı faydalı məsləhətlər də verilib.

Qeyd edək ki, təcrübədə iştirak edərək yüksək nəticə göstərən tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və potensial kadrlar statusunda saxlanılacaq. “Yay təcrübəsi 2018” proqramını uğurla başa vuran bir neçə tələbəyə mövcud vakansiyalar üzrə iş təklifləri edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

17-08-2021

Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

05-09-2016

Dövlət Radiotezliklər İdarəsində istehsalat təcrübəsi keçən tələbələrin təcrübə müddəti uğurla başa çatıb

26-05-2023

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazanıb

20-07-2016

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

Azercell gənclər üçün xüsusi elektron ünvan yaradıb

11-05-2016

Azerfonda tələbələrə təcrübə imkanı

07-07-2010

Azercell növbəti dəfə tələbələr ilə görüşdü

01-06-2019

“AzInTelecom” ADA Universiteti ilə ikinci təcrübə proqramına start verib

19-08-2020

Tələbələr üçün iş və təcrübə qazanmaq imkanı

25-05-2016

İnnovasiyalar Agentliyində ilk onlayn təcrübə proqramı başa çatıb

09-12-2020

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

"Aztelekom"da kadr dəyişikliyi olub

19-03-2025

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

Yeni texnologiyalar üzrə təlimlər başlayıb

04-07-2017

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018

Azercell tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

13-03-2019

Azercell tələbələri bir araya topladı-Foto

06-07-2017

ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

16-05-2025

Texniki Universitetdə elektron imza laboratoriyaları yaradılıb

20-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə