Previous Next
Bağla

Tələbələr üçün iş və təcrübə qazanmaq imkanı

25-05-2016 17:50
 Tələbələr üçün iş və təcrübə qazanmaq imkanı

Azercell Telekom MMC-nin əməkdaşları “Karyera günləri” çərçivəsində tələbələrlə görüşlərini davam etdirirlər.

Xeberler.az-ın məlumatına görə, şirkət nümayəndələri bu dəfə “Karyerada ilk addım” adı altında Azərbaycan Universitetində keçirilən Karyera Günlərində iştirak ediblər.

Şirkətin nümayəndələri ilk növbədə Azercell-də mövcud olan Tələbə Proqramları, o cümlədən “Yay Təcrübə Proqramı” haqqında tələbələrə ətraflı məlumat veriblər. Bildirilib ki, mayın 16-dan etibarən start götürən “Yay Təcrübə Proqramı”na artıq 200-dən çox müraciət daxil olub. Mayın 25-ə qədər davam edəcək müraciətlərin qəbulundan sonra seçim mərhələsi başlayacaq. Azercell nümayəndələri mərhələlərlə seçilən gənclərin 3 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı qazandığını vurğulayiblar.

“Yay Təcrübə Proqamı”-nın ilk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə şirkət nümayəndələri tərəfindən dəyərləndirilir. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar  akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçilir. Son seçim turu isə üz-üzə keçirilən müsahibələrdən ibarət olur.

Qeyd edək ki, bu proqram çərçivəsində telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı tələbələrə universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır.

Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

Tələbə proqramları haqqında məlumatdan sonra, Azercell-də karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan barədə məlumat paylaşılıb. Azercell-də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırılıb.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən “Karyera Günləri” təşkil edilir.

 Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell gənclər üçün xüsusi elektron ünvan yaradıb

11-05-2016

30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazanıb

20-07-2016

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

22-04-2017

Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

05-09-2016

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018

Azercell tələbələri bir araya topladı-Foto

06-07-2017

Azercell istedadlı tələbələrə dəstək oldu

21-04-2015

Azercell tələbələrə dəstək olub

16-10-2017

Azercell-in təşəbbüsü ilə tələbələrlə görüş keçirilib

05-03-2015

Azercell ilə növbəti karyera imkanları- Foto

30-06-2016

Azercell növbəti karyera yarmarkasında

04-05-2015

Azercell Karyera Sərgisində iştirak edib-Foto

04-07-2017

Azercell tələbələrə dəstək oldu

14-03-2018

Azercell növbəti dəfə tələbələr ilə görüşdü

01-06-2019

Azercell Karyera Sərgisində iştirak edib

01-03-2016

Azercell Karyera Sərgisində iştirak edib-Foto

30-05-2017

Azercell gənclərə dəstəyini davam etdirir-Foto

08-12-2016

Azercell Karyera Sərgisində iştirak edib-Foto

03-03-2017

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

SABAH tələbələri Azercell-də təcrübə keçəcək

01-05-2017

Azercell tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

13-03-2019

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə