Previous Next
Bağla

“AzInTelecom” ADA Universiteti ilə ikinci təcrübə proqramına start verib

19-08-2020 16:55
“AzInTelecom” ADA Universiteti ilə ikinci təcrübə proqramına  start verib

Xeberler.az bildirir ki, ADA Universitetinin tələbələri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-də təcrübə proqramında iştirak edə biləcəklər.

Əməkdaşlığın əsas məqsədi universitet tələbələrinə peşəkar iş təcrübəsi qazandırmaq, Azərbaycanda informasiya texnologiyaları sahəsinə marağı yüksəltmək və tələbələri bu sahədə işlə təmin etməkdir.

Təcrübə proqramı sayəsində tələbələr müxtəlif şöbələrdə iş prosesi ilə yaxından tanış olmaq, karyeralarını ölkəmizin ən qabaqcıl İT və telekommunikasiya şirkətlərindən birində uğurla başlamaq imkanı əldə edəcəklər.

Hazırda müsahibələr keçirilir və artıq bəzi departamentlərə təcrübəçilər seçilib. Tələbələr şirkətin Kommersiya departamentində rəqəmsal marketinq, Sertifikatlaşdırma departamentində sertifikatların hazırlanması, Beynəlxalq trafikin idarə edilməsi departamentində isə trafik analizi sahəsində özlərini sınaya biləcəklər.

Təcrübə proqramını ADA Universitetində tədris prosesinin başlanacağı zamanadək yekunlaşdırmaq planlaşdırılır. Tələbələr də şirkətin əməkdaşları kimi növbəli iş rejimində işləyəcəklər. Belə ki, həftənin müəyyən günlərini evdən, digər günləri isə iş yerində çalışacaqlar. Proqramı fərqlənmə ilə bitirən tələbələr gələcəkdə “AzInTelecom”dan iş təklifi almaq imkanı qazanacaqlar.

Qeyd edək ki, “AzInTelecom” ADA Universiteti ilə əməkdaşlığa 2017-ci ildən başlayıb. Ötən müddətdə şirkət ali məktəbin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi tələbələrinin təhsilini dəstəkləmək məqsədilə Təqaüd Fondunun sponsoru qismində çıxış edib. Lütfi Zadə adına təqaüdə layiq görülən tələbələr bir semestr üzrə təhsil haqqından tamamilə azad olunurlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam  etdirir

“AzInTelecom” ADA Universiteti ilə təcrübə proqramını davam etdirir

17-08-2021
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22-02-2020
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020
“ATL Akademiya” ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı  təqdim edir

“ATL Akademiya” ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı təqdim edir

07-06-2021
“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar  təqdim edib

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021
ADA-nın İT tələbələri üçün yeni imkan

ADA-nın İT tələbələri üçün yeni imkan

21-09-2017
Azercell tələbələrlə görüşüb

Azercell tələbələrlə görüşüb

14-10-2017
Nar tələbələr üçün təqaüd proqramı elan edir

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019
Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017
ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

16-05-2025
Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018
Nar İT sahəsində fərqlənən tələbələrə dəstək olub

Nar İT sahəsində fərqlənən tələbələrə dəstək olub

10-10-2019
Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018
“AzInTelecom”dan Azərbaycanda bir ilk

“AzInTelecom”dan Azərbaycanda bir ilk

16-02-2023
Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022
Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016
Azercell tələbələrə aylıq təqaüd verəcək

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018
“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

01-07-2019
Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

22-04-2017
Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

25-01-2017
Azercell daha 25 tələbəyə təqaüd verəcək

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018
Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023
Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018
Aztelekomda uğurla təcrübə keçən tələbələrə iş təklif olundu

Aztelekomda uğurla təcrübə keçən tələbələrə iş təklif olundu

10-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə