Previous Next
Bağla

Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18-11-2017 10:36
Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

 Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.

Xeberler.az-ın məlumatına görə, bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.  

Həmin gənclər Bakcell-in dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin benefisiarlarıdır.  

“Bakcell şirkəti uzun illərdir ki, öz Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Onların təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin olması çox vacibdir. Bakcell və “SOS Uşaq Kəndləri” arasında əməkdaşlıq uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və artıq gənclərə öz bizneslərini qurmağa dəstək göstərmək mərhələsinə çatıb”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Layihənin ötən il həyata keçirilən birinci mərhələsində 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Layihələr Bakcell-in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərindən  ibarət Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirib. Beləliklə, ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsinin Bakcell şirkəti tərəfindən maliyyələşdirilməsi qərara alınıb. Bunlar  “Floristika” gül dükanı, “Şirniyyat evi“ və “Çay evi“ layihələridir.

Gənclərin biznes planlarının hazırlanmasına mütəxəssislər tərəfindən dəstək göstərilib. Qiymətləndirmə  zamanı  biznes planın hazırlanması, ideyanın real bazar şərtlərində özünü  doğrultma imkanları,  müraciət edən şəxsin təcrübəsi və  sosial vəziyyəti və. s kimi meyarlar əsas götürülüb.

Azər Vəliyev (ad şərtidir) bir müddət çay evində çayçı və ofisiant kimi çalışıb. İşin detallarına bələddir. Biznes planı düzgün tərtib edib.

Vasif Məmmədov  (ad şərtidir)  gül mağazasında köməkçi işləyib. 7 ildir, işçi kimi gül biznesi ilə məşğuldur. Hazırda öz gül mağazasını açmağa iddialıdır. Biznes planı mükəmməl hazırlanıb.

Aydan Əliyeva  (- ad şərtidir) də bir neçə ildir ki, şirniyyatçı yanında köməkçi işləyir. Əksər qənnadı məhsullarını  sərbəst hazırlamağı bacarır.

 “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Bakcell şirkətinin maliyyə dəstəyi ilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT biliklər və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-nin beynəlxalq master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.

Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell gənclərlə bağlı layihənin ikinci mərhələsinə başladı

21-06-2017

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

Bakcell biznes qurmaq istəyən gənclərə dəstək olur

23-04-2018

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell layihəsinə yekun vurub

18-10-2016

Bakcell yeni layihəyə başlayıb

01-06-2016

“Bakcell Stars” sms kampaniyası başa çatdı

25-11-2010

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-07-2023

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015

Azercell-in dəstəyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan"-ın yetirmələri üçün yay düşərgəsi təşkil olunub

10-08-2023

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-04-2024

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə