Previous Next
Bağla

Bakcell gənclərlə bağlı layihənin ikinci mərhələsinə başladı

21-06-2017 16:51
Bakcell gənclərlə bağlı layihənin ikinci mərhələsinə  başladı

Bakcell şirkətinin dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verilib.

Xeberler.az-ın məlumatına görə, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri”nin himayəsində olan 15 gənc "Öz biznesinə başla və təkmilləşdir" adlı təlimlərdə iştirak edib.

Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayayıb. Növbəti mərhələdə Bakcell-in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərinin daxil olduğu Qiymətləndirmə Komissiyası daxil olan müraciətləri nəzərdən keçirəcək. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB Bakcell şirkətinin maliyyə dəstəyilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT biliklər və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-nin beynəlxalq Master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.

BƏT-nın “Öz biznesinə başla və təkmilləşdir” proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramının icrası çərçivəsində Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hökumət səviyyəsində tətbiq olunur.

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18-11-2017

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Bakcell layihəsinə yekun vurub

18-10-2016

Bakcell biznes qurmaq istəyən gənclərə dəstək olur

23-04-2018

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell yeni layihəyə başlayıb

01-06-2016

“Bakcell Stars” sms kampaniyası başa çatdı

25-11-2010

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-07-2023

Azercell-in dəstəyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan"-ın yetirmələri üçün yay düşərgəsi təşkil olunub

10-08-2023

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-04-2024

«Gəlin Birgə oxuyaq» adlı kitab aksiyasına start verildi

22-09-2009

Bakcell Karyerada ilk addım devizi altında keçirilən tədbirə qoşuldu

27-09-2018

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

27-09-2019

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə