Previous Next
Bağla

Bakcell biznes qurmaq istəyən gənclərə dəstək olur

23-04-2018 21:51
Bakcell biznes qurmaq istəyən gənclərə dəstək olur

Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.

Xeberler.az bildirir ki, bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.

Bakcell-in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş və fəaliyyətə artıq hazır olan bizneslərdən birinin açılışı olub. “Floristika Gül Dükanı“nın açılış mərasimində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, Bakcell şirkətinin nümayəndələri, ictimai xadimlər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Yeni dükanın sahibi Kazımli Seymur dövlət uşaq müəssisəsində boya-başa çatıb və gənc vaxtlarından gül mağazasında köməkçi işləyib. Biznesmen olmaq arzusu ilə 7 il ərzində işçi kimi gül biznesi ilə məşğul olan Seymur öz gül mağazasını açmağa iddialı olub və mükəmməl biznes plan tərtib edərək layihədə qalib olub.

“Bakcell şirkəti ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirir. Biz çox şadıq ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” ilə uzun illər öncə başlanılmış əməkdaşlığımız öz bəhrəsini verməyə davam edir və dəstək göstərdiyimiz gənclərin artıq biznes sahiblərinə çevrilməsini görməkdən qürur duyuruq” deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

“Mən uzun illərdir ki biznes qurmaq və gül dükanı açmaq arzusunda idim və bu gözəl layihə sayəsində mənim xəyallarım gerçəyə çevrilib. Əminəm ki, bu təcrübə gələcək həyatima da öz töhfəsini verəcək. Mənim üstümdə əməyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatına və “Bakcell” şirkətinə sonsuz təşəkkürümü bildirirəm”, deyə Seymur Kazımlı bildirib.

Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri – Azərbaycan“ Assosiasiyasının himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı“ və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.

“Bu layihəyə dövlətin də yaxından dəstəklədiyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) özünəməşğulluq proqramının bir hissəsi kimi baxmaq lazımdır. Mən çox şadam ki, Bakcell şirkəti ilə başladığımız bu təşəbbüs artıq öz bəhrəsini verməyə başlayıb. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik və mən inanıram ki, gələcəkdə daha çox gənc insan bu layihədən faydalanacaq”, deyə “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatının Milli Direktoru Rəşad Hüseynov bildirib.

Qiymətləndirmə zamanı əsas meyarlardan biri biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü nə qədər doğruldacağı, bu işdə müraciət edənin təcrübəsi və biznes planı təqdim edən gəncin sosial durumu nəzərə alınıb. Qalib gələn gənclərin hər 3-ü təqdim etdikləri biznes ideya üzrə iş təcrübələri var.

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018

Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18-11-2017

Bakcell gənclərlə bağlı layihənin ikinci mərhələsinə başladı

21-06-2017

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

“Bakcell Stars” sms kampaniyası başa çatdı

25-11-2010

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell yeni layihəyə başlayıb

01-06-2016

Bakcell layihəsinə yekun vurub

18-10-2016

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-07-2023

Azercell-in dəstəyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan"-ın yetirmələri üçün yay düşərgəsi təşkil olunub

10-08-2023

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018

«Gəlin Birgə oxuyaq» adlı kitab aksiyasına start verildi

22-09-2009

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

15-04-2024

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə