Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk

01-06-2022 / 12:05

Bakcell şirkətinin abunəçiləri Azərbaycanda ilk dəfə olaraq eSIM istifadə edəcəklər. Bununla da plastik SIM karta ehtiyac qalmayacaq.

Xeberler.az məlumat verir ki, yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmanı və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

Bakcell virtual SIM kartını almaq və ya mövcud Bakcell nömrəsini virtual SIM karta keçirmək üçün “Bakcell”in rəsmi satış mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla skan etmək lazımdır.

Smartfonunuzun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün https://www.bakcell.com/az/esim səhifəsinə keçin.

Qeyd edək ki, bu, Bakcell tərəfindən son bir ay ərzində tətbiq olunan ikinci nəhəng texnoloji yenilikdir. Bu yaxınlarda şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyası istifadəyə verilib.

https://www.youtube.com/watch?v=ONAnIKuGOho


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.