Previous Next
Bağla

Bakcell-in dəstəyilə futzal turniri təşkil edilib

24-11-2017 13:02
 Bakcell-in  dəstəyilə futzal turniri təşkil edilib

Bakcell şirkətinin dəstəyi və Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Bakıda futzal üzrə payız turniri keçirilir.

Xeberler.az bildirir ki, 22-25 noyabr tarixlərində Bakıda baş tutan turnirdə “Zirvə”, “Şimşək”, “Ümid”, “Azəri” və “Bakı” komandaları iştirak edir.

Turnirin sonunda qalib komanda və II, III yerləri tutan komandalar kuboklar, medallar və diplomlarla təltif olunacaqlar. Həmçinin, turnirlərdə fərqlənən “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı” və “ən məhsuldar oyunçu”ya Bakcell tərəfindən hədiyyələr təqdim ediləcək.

Bakcell 2007-ci ildən başlayaraq Federasiyasının futzal üzrə yaz, payız və 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirlərinə dəstək göstərir.

Bu turnirlərə ümumilikdə 48-60 nəfər əlil futbolçu cəlb edilir. Bakcell-in sponsorluğu ilə ildə iki və ya üç dəfə keçirilən turnirlərdə iştirak edən komandaların hər bir üzvü idman geyimləri və ləvazimatlarla təmin olunur.

Bakcell şirkətinin dəstəyi ilə keçirilən respublikadaxili turnirlər zamanı Azərbaycan Əlillər Futbolu Federasiyası eşitməqüsurlu insanlardan  ibarət milli yığma komanda üçün seleksiya işləri də aparır. Oyunlar zamanı fərqlənən gənc futbolçular milli komandaya dəvət olunur və beynəlxalq yarışlarda iştirak edirlər.

Azərbaycan Əlillər Futbolu Federasiyası 2006-cı ildən bəri paytaxtda fəaliyyət göstərən eşitməqüsurlu əlil uşaqlar üçün 3 xüsusi internat məktəbinin şagirdləri və məzunlarından ibarət 2 yaş qrupu üzrə komandalar toplayıb və intensiv məşqlərə başlayıb. 2006-cı ilin oktyabr ayında 4 komandanın iştirakı ilə ənənəvi futzal turnirlərinin əsası qoyulub.  

Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət strategiyası vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləyir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell futzal turnirinə dəstək verib

23-05-2018

Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib

27-11-2018

Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

17-05-2019

“Bakcell” yeni layihəyə start verib

24-12-2010

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018

Bakcell beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib

17-04-2019

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

25-08-2016

“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu

12-06-2023

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019

“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

20-08-2024

Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

15-10-2018

Bakcell stendinə azarkeş axını-Video

28-04-2023

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018

Robo Futbol turniri təşkil olunacaq

22-10-2018

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

06-12-2016

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

07-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə