Previous Next
Bağla

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018 10:12
Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

Bakcell şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə növbəti “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinə başlayır.

Xeberler.az  bildirir ki, 2010-cu ildən başlayaraq Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib. Bakcell şirkətinin maliyyə dəstəyi sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradacaq.

“Bakcell şirkəti olaraq cəmiyyətimizin tam hüquqlu üzvləri olan bu uşaqların öyrənməsi, yeni bacarıqlar əldə etməsi və hətta yaradıcılıqla məşğul olmasına imkan yaratmaq üçün əlimizdən gələni edirik. İnanırıq ki, bu uşaqlar həyatda öz yerlərini tapacaq və cəmiyyətin vacib bir hissəsinə çevriləcəklər. Əminəm ki, bu il həyata keçiriləcək bu layihə nəticəsində biz daha çox uşağı sevindirməyə nail olacağıq” deyə, Bakcell şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

“İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı yüzə yaxın uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirə biləcəklər.

Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərə dəvət olunub öz bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell layihələrə dəstəyi davam etdirir

17-03-2018

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

Bakcell 1 iyunu Gəncədə qeyd etdi

01-06-2018

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

16-05-2017

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010

Bakcell və ASAN Məktub leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

28-12-2018

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell sosial yönümlü layihəyə start verdi

21-09-2009

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

Bakcell-in dəstəyilə əlilliyi olanlara innovativ 3D protezlər hazırlanacaq

11-07-2018

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

05-10-2021

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə