Previous Next
Bağla

Bakcell innovasiya və inkişafı dəstəkləyir

10-04-2018 12:39
Bakcell innovasiya və inkişafı dəstəkləyir

Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramı və digər layihələr vasitəsilə Azərbaycanda innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir.

Bakcell şirkətinin dəstəyilə BMT-nin Azərbaycan Nümayəndəliyinin ASAN Radio tərəfindən hazırlanan “Qlobal məqsədlər” verilişinin növbəti buraxılışı Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində özəl sektorun roluna həsr ediləcək.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Bu həftənin qonaqları Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova, BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində proqram məsələləri üzrə müşaviri Leyla Fəthi və Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyevdir. Mütəxəssislər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektor, sənaye, innovasiya və infrastrukturun rolu barədə söz açacaqlar.

“Özünün Korporativ Sosial Məsuliyyət layihələri və digər fəaliyyət növləri vasitəsilə Bakcell Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük töhfə verməkdədir. Bu layihələrin, xüsusilə də bərabərliyin təmin edilməsi, təhsilin inkişaf etdirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, innovasiyaların tətbiqi və s. kimi istiqamətlərdə görülən işlərin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur. Biz əminik ki dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında və ümumiyyətlə ölkədə sosial problemlərin aradan qaldırılmasında özəl şirkətlərin və müəssisələrin rolu olduqca böyükdür. Telekommunikasiya şirkəti olaraq biz öz rolumuzu məsələn, innovasiyalara dəstək olmaqda, innovativ ideyaların insanların sosial rifahına xidmət etməsində görürük”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.

Veriliş ASAN Radio-da 9 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 10 aprel (saat 11:05-də) və 13 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

Radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.    

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə ASAN Radio-da (100FM) 5 veriliş efirə veriləcək.

Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”ninin təviqinə həsr olunmuş “Qlobal məqsədlər” verilişinə dəstək isə Şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell bu verilişə dəstək olub

30-03-2018

Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir

17-04-2018

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

Bakcell inklüziv idmanı təşviq edir

30-04-2018

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024

Bakcell kiçik və orta biznesin Bakutel 2018 sərgisində iştirakını dəstəkləyir

06-12-2018

BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

02-12-2019

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

Azercell Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

16-10-2015

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

11-08-2025

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirə keçirilib

22-11-2024

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək olub

17-12-2025

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibi olub

22-11-2021

“Nar” BMT Qlobal Sazişi çərçivəsində “Uniting Business Europe 2023” tədbirində iştirak edib

11-10-2023

Bakcell zərər çəkmiş sakinlərə dəstək göstərdi

13-06-2018

Peşəkar PR mütəxəssisi “Bakcell”dən ayrılıb

05-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə