Previous Next
Bağla

Bakcell inklüziv idmanı təşviq edir

30-04-2018 17:13
Bakcell inklüziv idmanı təşviq edir

Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin ASAN Radio (100FM) ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir.

Xeberler.az bildirir ki, “Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində önəmli rol oynayan inklüziv idmandan söz açılacaq.

Qeyd edək ki, bu il sentyabrın 24-dən 28-nə kimi Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin Qlobal Forumu keçiriləcək. Əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət və dəyərin nümayişi olacaq bu Forum 30 ölkədən 300-ə yaxın gənc və orta yaş nümayəndəsini bir araya gətirəcək.

Həmçinin, bu yaxınlarda Azərbaycan Xüsusi Olimpiya Təşkilatı və BMT-nin Əhali Fondu arasında Bakı-Abşeron yarımadası ərazisində inklüziv qız idmanını inkişaf etdirmək üçün saziş imzalanıb.

Beləliklə, bu həftə ASAN Radionun qonaqları - BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fərhad Hacıyev və Azərbaycan Xüsusi Olimpiya Təşkilatının milli direktoru Şahin Əliyev yuxarıda qeyd olunan tədbir və sazişin mahiyyəti və məqsədləri, habelə inklüziv idman sahəsində həyata keçirilən fəaliyyətlər və onların dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün əhəmiyyətini müzakirə edəcəklər.

Veriliş ASAN Radio-da (100FM) 30 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 2 may (saat 11:05-də) və 4 may (saat 14:05-də) tarixlərində yayımlanacaq.

Xatırladaq ki, “Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Dayanıqlı İnkişaf məqsədləri yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Bakcell şirkəti uşaqlar, o cümlədən də əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir. Dəstəklənən layihələrin biri Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və “İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən etibarən həyata keçirilən “TOPs Proqramı – Şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi“ model layihəsi olub. Bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris metodikası ilə dəstəkləmək idi.

TOPs proqramı ilə əlaqəli keçirilmiş bir sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai sinif müəllimi faydalanmışdır. Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif yaş qruplarına daxil olan 23,000 nəfərdən artıq şagird daha maraqlı və aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən faydalanıb. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə keçirilib.

 Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell bu verilişə dəstək göstərir

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018
Bakcell bu verilişə dəstək olub

Bakcell bu verilişə dəstək olub

30-03-2018
 Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir

Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir

17-04-2018
Bakcell innovasiya və inkişafı dəstəkləyir

Bakcell innovasiya və inkişafı dəstəkləyir

10-04-2018
Bakcell AmCham təşkilatının mükafatını aldı

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015
TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

15-10-2015
Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə başlanılıb

Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə başlanılıb

18-04-2015
Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018
Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021
Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24-09-2021
Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019
Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək olub

Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək olub

17-12-2025
Bakcell şahmat və dama turnirinə dəstək verib

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018
Özbəkistanın nümayəndə heyəti DOST  Mərkəzinin qonağı olub

Özbəkistanın nümayəndə heyəti DOST Mərkəzinin qonağı olub

14-11-2024
Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023
BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

02-12-2019
Bakcell və ASAN Məktub leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

Bakcell və ASAN Məktub leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

28-12-2018
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024
Bakcell Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərir

Bakcell Təhsil Avtobusu-2018 Yay Məktəbinə dəstək göstərir

20-07-2018
“Bakcell” yeni layihəyə start verib

“Bakcell” yeni layihəyə start verib

24-12-2010
Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018
İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək olub

“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək olub

24-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə