Previous Next
Bağla

Bakcell bu verilişə dəstək olub

30-03-2018 19:55
Bakcell bu verilişə dəstək olub

Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin ASAN Radio ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşı olub.

Xeberler.az-ın məlumatına görə, radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.    

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə ASAN Radio-da (100FM) 4 veriliş efirə veriləcək.

Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş verilişin növbəti buraxılışı “ASAN Radio”da 2 aprel 2018-ci il tarixində saat 18:20-də yayımlanacaq. BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisinin kommunikasiya və ictimai əlaqələr üzrə müşaviri Arzu Cəfərli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və “İnternyus Azərbaycan” İctimai Birliyinin təlimlər üzrə koordinatoru, jurnalist Ülkər Qurbanzadə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin təşviqində medianın rolunu müzakirə edəcək.

Verilişin təkrarı 4 aprel (saat 11:05-də) və 6 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

Qeyd edək ki, bu il Azərbaycanda ilk dəfə “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi media, o cümlədən sosial media kanalları vasitəsilə Dayanıqlı İnkişaf Məqsədləri haqqında yazılar, reportajlar, televiziya və radio verilişləri, habelə sosial çarxların hazırlanmasında yerli yazar, bloqqer, vloqqer və digər yaradıcı insanların bacarıqlarının inkişaf etdirilməsi olub.

Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”ninin təviqinə həsr olunmuş “Qlobal məqsədlər” verilişinə dəstək isə Şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell innovasiya və inkişafı dəstəkləyir

10-04-2018

Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir

17-04-2018

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

Bakcell inklüziv idmanı təşviq edir

30-04-2018

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023

DSK dayanıqlı inkişafla bağlı informasiya portalını təqdim edib

02-07-2019

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

02-12-2019

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Bakcell kiçik və orta biznesin Bakutel 2018 sərgisində iştirakını dəstəkləyir

06-12-2018

Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

07-07-2025

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibi olub

22-11-2021

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!

05-06-2024

Azercell Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

16-10-2015

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

11-08-2025

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

20-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə