Previous Next
Bağla

Radiotezliklər üzrə Dövlət Komissiyası 24 müraciət üzrə qərar qəbul edib

19-11-2026 17:41
Radiotezliklər üzrə Dövlət Komissiyası 24 müraciət üzrə qərar qəbul edib

Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Xeberler.az bildirir ki, iclasda radiotezliklərin ayrılması və birgə istifadəsi, istifadə ərazilərinin genişləndirilməsi, eləcə də peyk seqmentlərinin istismarı ilə bağlı hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə baxılıb.

Ümumilikdə 24 müraciət üzrə müvafiq qərarlar qəbul edilib. Müraciətlərdən 11-i radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü gəmilərdə istifadə edilən radio avadanlıqları, 2-si GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) məlumatlarının ötürülməsi, 2-si radiolokasiya və radionaviqasiya xidmətləri, 3-ü mobil rabitə xidmətləri üçün radiotezliklərin ayrılması, 2-si isə peyk seqmentlərinin istismarı ilə bağlı olub.

Baxılmış 24 müraciətin hamısı üzrə müsbət qərar qəbul edilib. Nəticədə ümumilikdə 40 radiotezlik kanalının ayrılmasına dair qərarlar qəbul olunub.

Radiotezliklərin ayrılması barədə bildiriş alan istifadəçilər növbəti mərhələdə qanunvericiliyə uyğun olaraq konkret radiotezlik kanallarının qeydiyyata alınması, radiotezliklərdən istifadəyə dair müqavilələrin bağlanması, müvafiq ödənişlərin həyata keçirilməsi və radioelektron vasitələrin istifadəsinə icazə vərəqələrinin alınması üçün Dövlət Radiotezliklər İdarəsinə müraciət edəcəklər.

Qeyd edək ki, radiotezliklərin ayrılması, qeydiyyatı və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na uyğun həyata keçirilir.

Qaydalara əsasən, ölkə ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət edirlər.

Radiotezliklər üzrə Dövlət Komissiyası radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyinin artırılması, radiotezlik spektrinin bölünməsi və ayrılması sahəsində vahid siyasətin həyata keçirilməsi və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026
Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025
Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti  müsbət cavablandırıb

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024
Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024
Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025
Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023
Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

28-12-2023
Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024
Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

18-12-2021
“Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiqlənib

“Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiqlənib

18-12-2021
Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi

Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi

13-07-2022
Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

18-01-2022
Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023
Ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq

Ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq

10-02-2023
Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

27-12-2022
Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

10-11-2022
Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009
Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

31-08-2009
Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

24-11-2023
Azərbaycanda üç yeni radio açılacaq

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022
Dövlət Radiotezliklər İdarəsininin fəaliyyəti müzakirə edilib

Dövlət Radiotezliklər İdarəsininin fəaliyyəti müzakirə edilib

13-01-2023
Radiotezliklərlə bağlı tarifləri RİNN müəyyən edəcək

Radiotezliklərlə bağlı tarifləri RİNN müəyyən edəcək

13-12-2022
İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024
Bu il 5 minədək radiotezlik vasitəsi qeydiyyata alınıb

Bu il 5 minədək radiotezlik vasitəsi qeydiyyata alınıb

08-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə