“Bakcell” şirkəti yeni ildən MMS xidmətini istifadəyə verəcək

01-12-2009 / 12:03

Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti abunəçilərinə yeni ildən yeni xidmət təqdim edəcək.

«APA-ECONOMICS»in qeyri-rəsmi mənbədən aldığı məlumata görə, şirkət 2010-cu ilin yanvar ayında abunəçilərinə MMS xidmətini təqdim edəcək.

Fevral ayında “Bakcell” ilə “Nokia Siemens Networks” şirkəti arasında imzalanan müqaviləyə əsasən, “Nokia Siemens Networks” şirkəti xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə GSM şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsini həyata keçirir.

Qeyd edək ki, bu il ərzində şirkət 2G şəbəkəsini nəzərə çarpacaq dərəcədə genişləndirib. “Nokia-Siemens” şirkətinin müştəri həlləri üzrə meneceri Maksim Tretyakovun “APA-ECONOMICS”ə verdiyi məlumata görə, hazırda “Bakcell”in 2G əhatə dairəsi heç də digər şirkətlərin şəbəkəsindən geri qalmır: “Hətta demək olar ki, artıq onları geridə qoyub”.

Xatırladaq ki, “Bakcell” şirkəti İsrailin “GTİB” və Azərbaycan Rabitə Nazirliyinin iştirakı ilə 1994-cü ildə birgə müəssisə kimi yaradılıb. 2003-cü ildə özəlləşdirilərək 2004-cü ildən etibarən Azərbaycan mobil rabitə bazarında özəl GSM və WiMAX operatoru kimi fəaliyyət göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə