Previous Next
Bağla

Bakcell 1 iyunu Gəncədə qeyd etdi

01-06-2018 19:07
Bakcell 1 iyunu Gəncədə qeyd etdi

Xeberler.az bildirir ki, Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Gününü UAFA-nın Gəncə şəhərindəki İcma Əsaslı Reabilitasiya Mərkəzində qeyd edib.

Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Gününü özünün uzun müddətli partnyoru UAFA (Azərbaycana Birgə Yardım) təşkilatının himayəsində olan uşaqlarla birgə keçirib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün Bakcell şirkətinin nümayəndələri UAFA-nın Gəncə şəhərində yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyiblər. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş etdirib. Uşaqları bayram münasibətilə təbrik edən Bakcell əməkdaşları onlara rəsm ləvazımatları, kitablar və digər hədiyyələr təqdim ediblər.

Qeyd edə ki, Bakcell 2010-cu ildən etibarən UAFA təşkilatının reabilitasiya mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əl işi, kompüter biliyi, idman, tamaşa, rəqs və rəsm dərnəklərinin təşkilinə öz dəstəyini göstərir. Bu dəstək sayəsində Gəncə, Yasamal və Xaçmaz reabilitasiya mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqlar yeni bacarıqlar əldə edib öz istedadlarını müxtəlif yerli və beynəlxalq yaradıcılıq, incəsənət və idman yarışlarında nümayiş etdirməklə müxtəlif layihələrin qalibi olublar.

UAFA-nın Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzlərin xidmətlərindən bəhrələnən uşaqların rəsmləri “Əgər sehrli çubuğum olsaydı...” adlı kitabda yer alıb. UAFA təşkilatının Milli İncəsənət Muzeyi ilə birgə “3 Alma” TEAS Nəşriyyat Evinin dəstəyilə hazırlanmış bu kitabın təqdimatı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilib.

2010-cu ildən etibarən davamlı olaraq UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləməklə Bakcell şirkəti bu uşaqların bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin etməyə çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlar ilə ünsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı
münasibəti dəyişir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018

Bakcell layihələrə dəstəyi davam etdirir

17-03-2018

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

16-05-2017

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

Bakcell və ASAN Məktub leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

28-12-2018

Bakcell-in dəstəyilə əlilliyi olanlara innovativ 3D protezlər hazırlanacaq

11-07-2018

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

04-08-2022

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017

Bakcell-in dəstəyi ilə Yay Məktəbi başlayır

21-07-2017

Nazirlik autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

01-04-2019

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019

Bakcell sosial yönümlü layihəyə start verdi

21-09-2009

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

Bakcell Novruz şəhərciyinin baş sponsoru olub

29-03-2019

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011

Nar-dan autizmli uşaqlara dəstək

02-10-2018

Bakcell xəyalları gerçəkləşdirməyə davam edir

14-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə