Previous Next
Bağla

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018 12:03
Bakcell və PwC uşaqlara dəstək göstərəcək

Bakcell şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsinə start verib.

Bu il, Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlmiş bu layihənin həyata keçirilməsi üçün aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan PwC Azərbaycan ilə səylərini birləşdirir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell və PwC şirkətlərinin əməkdaşlığı  sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradacaq.

“Biz inanırıq ki xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar cəmiyyətimizin tam hüquqlu üzvləridir. Bakcell şirkəti olaraq bu uşaqların öyrənməsi, yeni bacarıqlar əldə etməsi və hətta yaradıcılıqla məşğul olmasına imkan yaratmaq üçün əlimizdən gələni edirik. Bizim əsas məqsədlərimizdən biri də bu gözəl balalarımıza həyatda öz yerlərini tapmaqda, cəmiyyətin vacib bir hissəsinə çevrilməkdə və parlaq gələcəyə addımlar atmaqda dəstək göstərməkdir. Bu səbəbdən,  sevinirik ki bu il PwC şirkəti “UAFA”nı və bu uşaqları dəstəkləmək üçün səylərimizi birləşdirmək təklifimizi böyük məmnuniyyətlə qəbul etdi. Əminəm ki, bu əməkdaşlıq nəticəsində biz daha çox uşağı sevindirməyə nail olacağıq” deyə, Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

“İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar  təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80 nəfərdən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirə biləcəklər.

“PwC Azərbaycan şirkəti olaraq biz müxtəlifliyə hörmətlə yanaşır və dəyər veririk. Biz əminik ki, müxtəlif mənşəli və müxtəlif düşüncəyə malik insanları bir araya gətirərək vətəndaşlarımız və cəmiyyətimizə daha böyük dəyər bəxş etməyə nail olacağıq. Bizim Bakıdakı ofisimizdə də fiziki məhdudiyyətləri olan insanlar çalışır və bununla yanaşı biz Azərbaycanın istedadlı uşaqlar və gənclərinin inkişafı üçün əlimizdən gələni edirik”, deyə PwC-nin idarəedici partnyoru Mövlan Paşayev bildirib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell UAFA ilə birgə növbəti layihəsinə başlayı

01-11-2018

Bakcell layihələrə dəstəyi davam etdirir

17-03-2018

Bakcell 1 iyunu Gəncədə qeyd etdi

01-06-2018

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir

09-01-2018

Bakcell 1 iyunu uşaqlarla birgə qeyd etdi

04-06-2019

Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir

16-05-2017

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019

Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

01-10-2021

Bakcell ASAN Məktub-dan təşəkkürnamə alıb

22-11-2018

«Bakcell» Korporativ Sosial Məsuliyyət üzrə yeni proqrama start verib

23-07-2009

Bakcell şahmat və dama turnirinə dəstək verib

08-05-2018

Bakcell və ASAN Məktub leykemiyalı uşaqlar üçün bayram şənliyi keçirib

29-12-2019

Bakcell konfrans təşkil edib-Foto

20-12-2017

Bakcell və ASAN Məktub leykemiyadan əziyyət çəkən uşaqları sevindirdi

28-12-2018

Bakcell sosial yönümlü layihəyə start verdi

21-09-2009

BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

02-12-2019

Bakcell-dən beynəlxalq uşaq şahmat turnirinə dəstək

02-04-2018

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24-09-2021

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirib

13-09-2019

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021

Bakcell “ASAN Məktub” layihəsinə qatılıb

29-12-2017

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə