Previous Next
Bağla

Bakcell və INNOLAND blokçeyn hackathon yarışmasını keçirib

15-03-2019 16:58
Bakcell və INNOLAND blokçeyn hackathon yarışmasını keçirib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti, İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və “Waves” Platforması Bakıda ilk dəfə olaraq “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması keçirib.

Xeberler.az  bildirir ki, Blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçirilmiş hackathon sayəsində yerli startap və developerlər bu texnologiyadan öz layihələrində daha geniş istifadənin yollarını öyrəniblər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkəzləşdirilməmiş qlobal platforma olan “Waves” Platformasından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki tədbirdə iştirak etmək üçün müraciət etmiş 52 nəfər arasından seçilmiş 4 komanda (ümumilikdə 13 iştirakçı) yarışıb.  “MadBots” və “OfficeGuys” komandaları bütün tapşırıqları uğurla yerinə yetirərək qalib elan ediliblər.

Yarışmanın ümumi hədiyyə fondu (500 Waves tokeni) iki qalib komanda arasında bölünüb. Həmçinin, qaliblər “Waves” şirkətindən qrant almaq üçün müraciət etmək imkanını qazanıblar.

Hachathon yarışmasının sonunda “Waves” Platformasının baş əməliyyat direktoru Dmitriy Suxamerov iştirakçılarla görüş keçirib və öz tövsiyələrini bildirib. O deyib ki, qalib komandalar öz fəaliyyətlərini uğurla davam etdirərlərsə, “Waves” gələcəkdə onlara texnologiya və marketinq sahələrində dəstək göstərə bilər.

Xatırladaq ki, keçən ilin sonunda Bakcell şirkəti ilə İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib-hazırlanmasına dəstək və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçiriləcək

27-02-2019

Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib

31-01-2019

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018

Hackathon Şamaxı uğurla başa çatdı

13-02-2020

Şamaxıda Hackathon-a start verildi

11-02-2020

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019

Hackathon Gəncə başa çatıb

28-09-2019

Şəki INNOLAND-də ilk Hackathon başa çatıb

26-07-2019

Bakcell gənc ixtiraçılara dəstək olub

08-08-2019

Şəkidəki INNOLAND-də Hackathon-a start verildi

22-07-2019

Gəncədə Hackathon-a start verilib

23-09-2019

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

Blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər həyata keçirilir

16-05-2019

Bakıda Bitcoin Pizza Day keçirilib-Foto

23-05-2018

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018

Bakıda Blockchain Bitcoin Conference Baku tədbiri keçiriləcək

07-08-2018

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə